Kordapulovun evi (bolq. Кордопулова къща) — Balkanlarda bolqar intibahının ən böyük yaşayış binalarından biri. Melnik şəhərinin şərq hissəsində yerləşir və əsas turistik yerlərindən biridir. Evin yaxınlığında bir ailə kilsəsinin xarabalıqları vardır.
Kordapulovun evi | |
---|---|
41°31′23″ şm. e. 23°23′54″ ş. u.HGYO | |
Ölkə | Bolqarıstan |
Yerləşir | Melnik |
Tikilmə tarixi | 1754 |
Rəsmi sayt | kordopulova-house.com |
Vikianbarda əlaqəli mediafayllar |
Ev 1754-cü ildə inşa edilmişdir. Tikili varlı yunan tacirləri və şərabçıları olan Kordopulos ailəsinə məxsus idi. (Qeyd etmək lazımdır ki, 1913-cü il İkinci Balkan müharibəsindən əvvəl yerli yunan sakinləri Melnik əhalisinin əksəriyyətini təşkil edirdi). Ev şərab istehsalı, saxlanması və ticarəti üçün istifadə olunurdu.
Ev indi özəl muzey kimi istifadə olunur. Şərab zirzəmilərinə baş çəkmək və şərab dequstasiyasını da daxil olmaqla daim keçirilən turlar vardır[1].
Evin memarlığı intibah üslubunda hazırlanmışdır. Orijinal şəklindədir və çox yaxşı vəziyyətdədir. Evin bərpası 1974-1980-ci illərdə aparılmışdır. Yeraltı dəhlizlər nisbətən sıx və dardır. Tunelin divarları sikkələrlə örtülmüşdür. Turistlər bir istək edərək, divara bir sikkə yapışdırırlar. Oların düşüncəsnə görə əgər sikkə divara yapışarsa, istək gerçəkləşəcəkdir[1][2].
Kordopulos ailəsinin son nümayəndəsi Manolis, Balkan müharibəsi zamanı ölür. 1912-ci ildə Manolis Bolqarıstan inqilabçısı, Melniki Osmanlı hakimiyyətindən azad edən Yan Sandanskiyə sığınır. 1912-ci ilin oktyabrında üsyançı qüvvələrə əlaqəsi və dəstəyi şübhəsi ilə Manolis Kordopulos şəhəri tərk etmiş türklər tərəfindən öldürülür. Balkan müharibəsi zamanı Melnik şəhəri əhəmiyyətli bir dağıntıya uğrayır və praktiki olaraq xarabalığa çevrilr. Lakin Kordopulovun evi o dövrdə ciddi bir zərər görmür. Manolisin ölümündən sonra ev Aqnes adlı yerli sakinə miras olaraq qalır. Aqnesin Kordopulovun bacısı, ya da qulluqçusu olması deyilir. Qeorqi Tsintsar ilə evlənən Aqnes evin xanımına çevrilir. Tsinstar ailəsi övladsız olduğundan qardaşı oğlu Cəbraili övladlığa götürürlər. İndi ev Cəbrayılın oğlu Nikolay Paspalevə məxsusdur[2].
Kordopulosun ailə evi Bolqarıstanda yüz milli turizm yerlərindən biridir və onların arasında dördüncü yerdədir.
1998-ci ildə Bolqarıstan Mədəniyyət Nazirliyi Kordopulovun evini memarlıq, bədii və tarixi mədəniyyət abidəsi elan etmişdir[3].