Koreya çay mərasimi

Darye (koreyaca: 다례) Koreyanın milli çay mərasimidir. Daryenin mənası çaya dair etiket olub, min illər boyunca Koreyada nəsildən-nəsilə ötürülmüşdür. [1]

Müasir çay mərasimi

[redaktə | mənbəni redaktə et]

İlk olaraq çay içmək üçün lazım olan çay dəsti, su, çay hazırlanmalıdır.

Çay dəstinin hazırlanması

[redaktə | mənbəni redaktə et]

Çay dəsti deyərkən çay içərkən istifadə edilən qablar nəzərdə tutulur. Dövrdən asılı olaraq çay dəstinin tərkibi çox dəyişsə də, müasir dövrdə adətən çaydan, ağızlı qab, kasa, beş ədəd fincan və nəlbəkilərdən dəst kimi istifadə olunur.

  • Çaydan: Çay və isti suyun əlavə edilərək dəmləndiyi qabdır. Çay və suyu çaydanın qapağını açıb tökdükdən sonra dəmlənməyini gözləyib stəkana tökmək olar.
  • Ağızlı qab: Suyu soyutmaq üçün istifadə olunan qabdır və həm də suqu adlanır. Çay içəndə qaynar suyu ağızlı qaba töküb kifayət qədər soyuduqda həmin çaydana çayla birlikdə əlavə etmək lazımdır. İsitmə prosesində istifadə edildiyi təqdirdə suyun soyudulması prosesinə ehtiyac yoxdur.
  • Kasa: Çaydan və çay fincanlarının isidilməsində istifadə olunan su və ya ilk mərhələdə çayın yuyulması üçün nəzərdə tutulan suyun tökülməsi üçün istifadə olunur. Yəni, lazımsız suyun atılması üçün ayrıca suyun tökülüb saxlanıldığı qabdır və material olaraq zərərsiz olan hər bir material seçilə bilər.
  • Fincan: Çayın tökülüb içildiyi qabdır. İnsanların sayına uyğun olaraq hazırlanır, ümumilikdə 5 ədəd olur.
  • Nəlbəki: Fincanı altdan dəstəkləmə funksiyasını yerinə yetirir və materialı çini, taxta, saman və s.dən ola bilər. Fincan və nəlbəkinin bir-birinə toqquşma səsi narahatedici olduqda çini materialdan istifadə etmək tövsiyə edilmir.
  • Çaşi: Çayı çaydana tökərkən istifadə edilən qaşıqdır və əsasən material olaraq bambukdan istifadə olunur. Çaşi yoxdursa, onu qaşıqla əvəz etmək olar.

Bundan əlavə, çay dəstinin təmizliyi üçün çay dəsmalları, çaydan üçün altlıq və çay dəstinin qoyulması üçün çay masası və s. də olur.

Çayın hazırlanması

[redaktə | mənbəni redaktə et]

Çayın növləri fermentasiya dərəcəsindən asılı olaraq yaşıl çay, oolong çayı və qara çaya bölünür. Formasından asılı olaraq dənəvər çay, toz halında çay və s. olur.çay və s. İstehsal mövsümündən asılı olaraq secaq (günəş təqvimi ilə təxminən mayın 6-sı yığılır), cunqcaq (günəş təqvimi ilə mayın 6-dan ortalarına qədər yığılır), decaq (mayın sonlarına qədər yığılır) olaraq bölünür.

Suyun hazırlanması

[redaktə | mənbəni redaktə et]

Çay dəmləmək üçün bulaq suyu daha yaxşı olsa da, şərait imkan vermirsə kran suyunu çökdürüb istifadə etmək də olar. Suyu çox uzun müddət qaynatmaq olmaz. Koreyasayağı çay mərasimində təxminən 60-70 dərəcə selsi yaşıl çay dəmləmək üçün müvafiq temperatur olaraq təyin olunur. Bu, Çin çay mərasimindəkinə nisbətdə aşağı, yapon çay mərasimi ilə müqayisədə isə yüksək temperatur olub, Pekin, Seul və Kyotonun yerləşdiyi en dairəsi və orta temperatur fərqi ilə izah edilir.

Çay dəsti, çay və su hazır olduqdan sonra su qaynadılır. Daha sonra qaynanmış suyu ağızlı qaba əlavə edib çaydana tökürlər. Çaydandakı suyu çay fincanlarına tökdükdən sonra çay fincanları və çaydan kifayət qədər isindikdə həmin su kasaya boşaldılaraq atılır.

Çayın dəmlənməsi

[redaktə | mənbəni redaktə et]

Yenidən ağızlı qaba su tökülüb müvafiq temperaturda soyudulur. Bu zaman dəmlənəcək çayın növündən asılı olaraq suyun dənlənmə temperaturu da fərqli olur. Çay yarpağının ölçüsü böyük olduqca temperaturun artırılması məqsədəuyğundur. Secaqın 50~60 dərəcə, cunqcaqın təxminən 60 dərəcədə, decaqın 70 dərəcədə, bundan əlavə paketləşdirilmiş böyük yarpaqlı çayların isə 100 dərəcədə dənlənməsi məsləhət görülür.

Çayın növündən asılı olaraq su soyuduqda çayla birlikdə ağızlı qabdakı suyu çaydana müvafiq miqdarda əlavə edib dəmləyirlər. Çayın dəm alma vaxtı suyun temperaturundan asılı olaraq fərqlidir, lakin adətən müvafiq temperaturda təxminən 3 dəq dəmlənir. Daha qaynar olduqda daha qısa müddət qaynatmaq məsləhətdir. Temperatur aşağı olduqda isə bir az daha artıq dəmləmək lazımdır.

Çay tamamilə dəm aldıqdan sonra fincanlara süzülür. Bu zaman çay birdəfəyə tökülmür, az əlavə edilərək bir neçə dəfəyə fincana süzülür. Çayın hamısını süzdükdən sonra fincan nəlbəkiyə qoyulur və qarşıya çəkilir. Çayın hamısı içildikdən sonra isitmə prosesini çıxmaqla, dənlənmə prosesi yenidən təkrarlanır.

Çayla birlikdə yeyilən daqva, yəni şiniyyat olaraq songhva, yaxud mimalda kimi şirniyyat və ya ənənəvi Koreya şirniyyat və peçenyeləri tövsiyə olunur, lakin çayın dadına xələl gətirməmək üçün müvafiq olanları seçilir.

  1. Heiss, Mary Lou and Heiss, Robert J. "The Story of Tea: A Cultural History and Drinking Guide". Berkeley: Ten Speed Press, 2007 p.197-8