Yaşıl çay — çay içkisinin növlərindən biri. İnsan orqanizminə əhəmiyyətinə və müəyyən xüsusiyyətlərinə görə qara çaydan fərqlənir.
Yaşıl çayın daha vacib bir funksiyası arıqlamağa kömək etməsidir. Yaşıl çay orqanizmə düşən kimi metabolizm prosesini tezləşdirir, daha doğrusu maddələr mübadiləsini tənzimləyir. Gün ərzində 2-3 fincan yaşıl çayın qəbul edilməsi tədricən 100 kkal arıqlamağa kömək edəcək. il ərzində siz əlavə əziyyət çəkmədən və pəhriz saxlamadan 4 kiloqram arıqlayacaqsınız.[1]
Yaşıl çay yağ və yağ turşularının sorulması və qlükozanın səviyyəsini tənzimləyir. Polifenol katexin qlükozanın yağlara keçməsini yubadır. Yaşıl çay istifadə etməklə, qidalanmadan sonra qanda şəkərin səviyyəsi yavaşıyır, qlükozanın səviyyəsi isə normallaşır. Şəkərli diabet, və ya daxili ifrazat vəzilərinin xəstəliyindən əziyyət çəkən insanlar üçün gündəlik yaşıl çayın içilməsi vacibdir.
Yaşıl çay qəhvədən heç də az gümrahlıq gətirmir, buna baxmayaraq tərkibində kofeinin miqdarı əhəmiyyətli dərəcədə aşağıdır.[2]