Koromandel yarımadası (ing. Coromandel Peninsula) - Yeni Zelandiyanın Şimal adasında yerləşən yarımada.
Koromandel yarımadası | |
---|---|
Ümumi məlumatlar | |
Ən yüksək nöqtəsi | 880 m |
Yerləşməsi | |
36°50′00″ c. e. 175°35′00″ ş. u. | |
Akvatoriya | Sakit okean |
Ölkə | Yeni Zelandiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Okean daxilinə 85 km məsafəsə uzanır, Hauraki və Fert-of-Tems körfəzləri arasında yerləşir. Yarımadanın eni 40 km keçmir. Ölkənin ən böyük şəhəri olan Oklənd 42 km qərbdə yerləşir.
Relyefi təpəlidir. Rütubətli tropik meşələrlə örtülüdür. Sahilləri sıldırımlıdır. Mərkəzindən Koromandel silsiləsi keçir. Malsimal hündürlük 900 metrdir. İri Oklənd və Tauranqa şəhərlərinə yaxın olmasına baxmayaraq yarımadada faktiki olaraq yaşayış yoxdur.
Yarımadanı elə də böyük olmayan adalar əhatələmişdir: Matukavaо, Alderman, Slipper və Merkyuri adaları.
Oklənd vulkanik sahəsində yerləşir. 25 km aralıda yerləşən Mer adasında vulkan fəaliyyət göstərir. Hot Voter çimərliyində isə termal mənbə vardır.
Yarımadada əhali əsasən cənub-şərq və cənub-qərb hissələrdə yaşayır. Burada cəmi 5 yaşayış məntəqəsində əhalinin sayı 1000 nəfəri keçir. Bu yaşayış məntəqələrinin böyük qismində insanlar Milad və Yeni il bayramlarında burad olurlar.
Əvvəllər yarımadadan qızıl çıxarılır (şaxtaların çoxu 1980-ci illərdə qeydə alınmışdır, 2009-cu ildə cəmi 1 şaxta işlək vəziyyətdə idi[1]) və Kauri ağacı tədarük edilirdi. Hazırda isə eko-truzim bölgəsi olaraq tanınır. Belə bir əfsanə vardır ki, Koromandel dağlarında yaşayan Moho Qar adamı ilə qohumdur.