Peron yarımadası (ing. Peron Peninsula) — Avstraliyanın qərbində yerləşən yarımada.
Peron yarımadası | |
---|---|
Yerləşməsi | |
26°02′42″ c. e. 113°39′04″ ş. u.HGYO | |
Akvatoriya | Hind okeanı |
Ölkə | Avstraliya |
|
Yarımada Qərbi Avstraliya ştatında, Hamelin-Pul buxtası ilə Demen körfəzi arasında yerləşir. Ondan qərbdə Derk-Hartoq, cənub-qərbdə isə İdel-Land yarımadası yerləşir. İdel Land yarımadasında materikin ən ucqar qərb nöqtəsi olan Stip-Poynt burnu yerlşir. Yarımadada yeraltı artezian suları vardır ki, onlardan quyular vastəsi ilə su çıxarılır[1]
Yarımada kvars əsaslı qumdan rtəşkil olunmuşdur. O 2 mln — 10 min il öncə meydana gəlmişdir. Qumlar qırmızı rəngə çalır[2]
Yarımadada Fransua Peron Milli Parkı yerləşir. Burada ümumdünya irsinə daxil olan Şark körfəzi yerləşir. Yarımadanın şimalında yerləşən park 52 min ha ərazini əhatə edir[1]
Flora və fauna baxımından zəngin bir regiondur. Burada çoxlu sayda köçəri quş yuva qurur: Adi emu, Sericornis, sericornis və Sylvia. Sahil suları isə dəniz faunası ilə zəngindir. bitki örtüyü baxımından akasiyalar üstünlük təşkil edir.
Qədim zamanlardan yarımadada avstraliya aborigeni olan vulayidi qəbiləsi məskən (ing. Wulyibidi) məskən salmışdır. Onlar malqan dilində danışırlar[3]. Bu dil XIX əsrdə fransız araşdırmaşısı tərəfindən qeydə alınmışdır. Yarımada öz adını bölgədə ekspedisiyada olmuş naturalist Fransua Perondan almışdır[3][4]
1880-ci illərin sonlarınadn 1990-cı illərə qədər yarımada ərazisi qoyunçuluq fermaları üçün istifadə edilirdi. Üstəlik burada mirvari çıxarılırdı. 1990-cı illərdə torpaq sahələri ştat tərəfindən satın alınır. 1993-cü ildə nurada Fransua Peron Milli Parkı salınır[5]
Yarımada ərazisində ən böyük yaşayış məntəqəsi Denem şəhəridir. İnzibati baxımından Şark-Bey qraflığına daxildir (ing. Shire of Shark Bay).