Tərkibində fenobarbital olan dərman vasitələri nəzərəçarpan arterial hipotenziya, miokard infarktı, şəkərli diabet ,depressiya , miasteniya ,alkoqolizm ,narkotik və medikamentoz asılılıq , təngnəfəsliklə müşayiət olunan respirator xəstəliklər , obstruktiv sindrom hallarında əks göstərişdir .
Gündə 2–3 dəfə qida qəbulundan asılı olmayaraq su ilə və ya şəkərlə 15–30 damcı dozada daxilə qəbul edilir. Ehtiyac yaranarsa birdəfəlik doza 45–50 damcıya qədər artırıla bilər. Uşaqların müalicəsi üçün preparatın istifadə təcrübəsi yoxdur, buna görə preparat pediatrik praktikasında istifadə olunmur.