Kosmoqonik fərziyələr

Kosmoqonik fərziyələr (rus. космогонические гипотезы, ing. cosmogonical hypotheses) — günəş sisteminin yaranması haqqında fərziyyələr. İlkin elmi fərziyyələr XVIII əsrdə Kant və Laplas tərəfindən söylənilmişdir. Bu fərziyyəyə görə Günəş və planetlər fırlanan geniş qaz-toz buludunun sıxılması nəticəsində əmələ gəlmişdir. XX əsrin ikinci yarısında Kant və Laplas fərziyyəsi əsasında yaranmış və sovet alimi O. Y. Şmidt, ingilis alimi O. Xoyl və b. tərəfindən inkişaf etdirilmiş, Günəşin və planetlərin vahid soyuq qaz-toz buludundan yarandığı təsdiq edilmişdir.[1]

  1. Kosmoqonik fərziyələr // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 149. ISBN 978-9952-453-14-0.