Kostas Krizoqen

Kostas Krizoqen (d. 7 iyun 1961, Serres) — Kostas Krizoqen Konstitusiya Hüququ üzrə professor, Avropa Parlamentinin Üzvüdür və"Radikal Solçu Koalisiyası" siyasi qrupunu təmsil edir.

Kostas Krizoqen
Doğum tarixi 27 iyun 1961(1961-06-27)[1] (63 yaş)
Təhsili
  • Saloniki Aristotel Universiteti[d]
Fəaliyyəti siyasətçi, vəkil
Partiyası

O Saloniki Aristotel Universitetində hüquq fakültəsini bitirmişdir. 1983-cü ildə Bakalavr pilləsindən fərqlənmə ilə məzun olmuşdur (10 üzərindən 9.90). 1987-ci ildə o Almaniyanın Hannover şəhərində yerləşən Gottfried Wilhelm Leybnits universitetindən doktorluq adını fərqlənmə (Magna Cum Laude) ilə qazanmışdır.

Akademik fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1990-ci ildə Saloniki Aristotel Universitetinin Hüquq Fakültəsində müəllim təyin olunmuş, 1993-ci ildə isə dosent köməkçisi olmuşdur. 1999-ci ildə dosent və 2003-cü ildə Konstitusiya Hüququ ixtisaslaşması üzrə Professor olmuşdur. O bir neçə il Hakimlər Milli Akademiyası və Hellenik Açıq Universitetində Konstitusiya Hüququ üzrə mühazirələr demiş, Regensburg Universitetində və Hannover Universitetində qonaq Professor kimi fəaliyyət göstərmişdir. Onun 16 kitabı nəşr edilmişdir hansı ki bu kitablardan bəziləri “Konstitusiya Hüququ” və “Xüsusi və Sosial hüquqlar” sahəsində stolüstü kitablardır və yunan universitetlərində tədris vəsaiti kimi istifadə olunur, o cümlədən hüquq jurnallarında və yunan, alman, ingilis dillərində redaktə edilmiş kitablarda 100-dən artıq elmi məqalənin müəllifidir.

Kostas Krizoqen SYRIZA Yunan siyasi partiyasına qoşulmuşdur (Yunan Radikal Solçu Koalisiya) və 2014 Avropa seçkilərində Avropa Parlamenti üçün namizədliyini irəli sürmüşdür. Ilk kampaniyası sonrasında o Avropa Parlamenti Üzvlərinin 6-cı mövqeyində qərarlaşmağa nail olaraq SYRIZA-nı Avropa Parlamentində təmsil edir. Avropa Parlamentində onun aktiv iştirakı təsvir olunur və bu müzakirə etdiyi yazılı sualların sayı, qərar və hesabatlardakı dəyişikliklər, yazılı bəyanatlar və təşkil etdiyi tədbirlərin sayı ilə öz təsdiqini tapır.

Avropa Parlamenti Üzvü olaraq o İnkişaf Komitəsinin vitse-prezidenti, Hüquqi İşlər üzrə Komitənin tam hüquqlu üzvü (münsif) və Vətəndaş Azadlıqları, Ədalət və Daxili İşlər Komitələrinin üzvüdür. O həmçinin AB-Türkiyə birgə Parlament Komitəsi deleqasisayının üzvü, Kaliforum-AB Parlamenti Komitəsi nümayəndə heyətinin əvəzedici üzvü , eləcə də ABŞ-la əlaqələr üzrə nümayəndə heyətinin üzvüdür.