Kostin Şar boğazı

Kostin Şar boğazı (rus. Костин Шар ) - Mejduşarski adasını Qusinaya yarımadasından (Yeni Torpaq arxipelaqı) ayırır. Şimal Buzlu okeanına daxil olan Barens dənizi akvatoriyasında yerləşir. Boğazın uzunluğu 100 km, eni 3,5–6 km, dərinliyi 48 m təşkil edir. Sahilləri yüksəkdir və bəzi yerlərdə sıldırımlıdır. İlin böyük qismi buzla örtülü olur. Sahillərində Yujnıy, Qusinıy Nos, Lile, Başmaçnıy nos, Cornıy (Cənub adası), Kostin Nos, Klyuv, Şordovski, Krestovıy burunları vardır. Boğaz daxilində Beluşya, Roqeçeva, Taynaya, Propovskaya, Nerpıy və Başmaçkaya adaları vardır. Boğazda Kruqlıy, Timofeyeva, Sobaçıy və Yarseva körfəzləri vardır. Burada Beluşya Quba qəsəbəsi yerləşir. Ərazi Arxanqelsk vilayətində yerləşir.

Kostin Şar boğazı
rus. Костин Шар
Ümumi məlumatlar
Eni 3,5-16 km
Uzunluğu 100 km
Yerləşməsi
71°25′27″ şm. e. 52°22′58″ ş. u.HGYO
Ölkə  Rusiya
Akvatoriyası
Ayırır Mejduşarski adasını Qusinaya Zemlya yarımadasından
Kostin Şar boğazı xəritədə
Kostin Şar boğazı
Kostin Şar boğazı