Mejduşarski adası - Yeni Torpaq arxipelaqına daxil olan iri bir ada. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Ada Barens dənizi ilə əhatələnmişdir. Sahəsinə görə arxipelaqın 3-cü ən iri adasıdır. Maksimmal hündürlüyü 94 metrdir.
Mejduşarski Torpağı | |
---|---|
rus. Междушарский | |
Ümumi məlumatlar | |
Sahəsi | 748 km² |
Uzunluğu |
|
Eni | 25 km |
Hündür nöqtəsi | 94 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
71°13′44″ şm. e. 52°51′55″ ş. u. | |
Ölkə | Rusiya |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ada parçalıdır və bataqlıqlaçmışdır. Əsasən qum və gil materialından təşkil olunmuşdur. Ərazisinmdə çoxlu sayda çay vardır. Onlar arasında ən irisi Sırayaxa çayıdır. Ən hündür zirvəsi Vısokaya zirvəsidir. Ucqar nöqtələri: şimalda — Valkov, cənubda — Kostin Nos, qərbdə Şadrovski, şərqdə — Mal Kit.
Coğrafi baxımdan ad bir neçə hissəyə bölünmüşdür.
Obmannıy Şar laqunu adanın cənubunda yüerləşir. Ərazisi düzənlikdir. Bataqlıqlaşmış səthə malikdir.
Makarov körfəzi adanın şimal-şərq hissəsini ayırır — Valkov yarımadası. Yarımafanın ən hündür nöqtəsi 52 metrdir. Nurada çoxlu göl vardır. Yarımadanın ucqar şimal nöqtəsi Valkov burnudur.
Adanın şimalında isə Yarsev yarımadası yerləşir. Bu yarımada Yarsev adasından ensiz Jeleznıy boğazı ilə ayrılır.
Daha bir yarımada Makarov yarımadası adanın şərqində yerləşir. Əsas hissədən duzlu Qusinoe gölü ilə ayrılır. Ən hündür hissəsi 54 metrdir.
Ada Tunra bitki örtüyünə sahibdir. Burada qayalar üzərində quş koloniyalarına rast gəlinir.
Adanın ucqar nöqtələri saat əqrəbi istiqamətində:
Mejduşarski adası Barens dənizinin suları ilə əhatələnmişdir. Cənub adasından Kostin Şar boğazı ilə ayrılır. Yarsev adasından isə Jeleznıy burnu ilə ayrılır. Adanın şərq sahilləri parçalı olduğundan çoxlu körfəz və buxtalara sahibdir.
Ada ətrafında yerləşən buxtalar: Valkov körfəzi, Makarov körfəzi, Obmannıy Şar laqunu.
Mejduşarski adası arxipelaqın ən iri adalarından biridir. Ətrafında çoxlu sayda ada vardır: