Kovellin

Kovellin — heksaqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.

Kovellin
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
CuS
Strunz təsnifatı II/B.15[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rəng – tünd-göydən qarayadək, çox vaxt, xüsusilə nəm olduqda, əlvan oksidləşmə rəngləri alır; Mineralın cizgisinin rəngi – bozdan qarayadək; Parıltı – tutqun; qatran və yarımmetal parıltısından metal parıltısınadək; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,60–4,76; Sərtlik – 1,5–2,5; nazik təbəqələri əyilgəndir; Ayrılma – {0001} üzrə tam mükəmməl; Sınıqlar – qeyri-hamar; Başqa xassələr – yarımkeçirici xassələri ilə səciyyələnir; Morfologiya – kristallar: çox nadir hallarda; lövhəcik şəkilli; Mineral aqreqatları: yaxmalar, təbəqələr, toz şəkilli, his-, torpaq- və vərəqvari, bütov sıx kütlələr, damarcıqlar, püruzlar.

Mənşəyi və yayılması

[redaktə | mənbəni redaktə et]

Tipik ekzogen mineraldır. Mis filizi, polimetal, kolçedan yataqlarının törəmə sülfidlərlə zənginləşmə zonaları üçün səciyyəvidir. Həm ilkin (xalkopirit, tetraedrit, tennantit, enargit və b.), həm də törəmə (bornit, xalkozin və b.) mis minerallarının dəyişilməsi zamanı əmələ gəlir. İlkin hidrotermal mineral kimi nadir hallarda bəzi sulfid yataqlarında qeyd edilir. Lavalarda da kovellinin nadir tapıntıları məlumdur. Birlikdə rast gəldiyi minerallar: xalkozin, xalkopirit, enargit, idait, bornit və b. Mineralın tapıldığı yerlər: Byutt (ABŞ); Syerra-de Famatina (Argentina); Mansfeld, Badenveyler (Almaniya); Vezuvi vulkanı, Kalabona (İtaliya); Karpuşin, Beryozov (Rusiya); Kavau ad. (Yeni Zelandiya yaxınlığında) və b. Azərbaycanda Katsdağ, Filizçay, Cixix-Saqator, Katex, Gədəbəy, Bittibulaq, Daşkəsən, Ağdərə, Paraqaçay yataqlarında, Əsrikçay, İtqırılan, Səfərli filiz təzahürlərində, Tutqun filiz sahəsində və bəzi başqa obyektlərdə qeyd edilir.

Adətən xalkozinlə birlikdə zəngin mis filizi kimi istifadə edilir.

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]