Tetraedrit Cu12Sb4S13; tennantit – Cu12As4S13 — Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.
Tetraedrit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
Cu₁₂Sb₄S₁₃ |
Strunz təsnifatı | II/B.05[1] |
Xüsusiyyətləri | |
Kristalloqrafik sinqoniya | kubik sinqoniya |
Vikianbarda əlaqəli mediafayllar |
Ferrotetraedrit (13,08 %-dək Fe), ferrotennantit, zandbergerit – sinklə zəngin tetraedrit və tennantit, freybergit – gümüşlə zəngin tetraedrit və b.[2]
Rəng – poladı-bozdan bozumtul-qarayadək, freybergitin – gümüşü; Mineralın cizgisinin rəngi –bozumtul-qara, tennantitinin – qırmızımtıl - boz; Parıltı – metal, köhnə səthdə – tutqun; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – tennantitin 4,0, tetraedritin 5; Sərtlik – 3-4,5; Kövrəkdirlər; Ayrılma – yoxdur; Sınıqlar – adətən qeyri-hamar; bəzən qabıqvarı; Başqa xassələr – zəif elektrik keçiriçisidirlər; Morfologiya – kristallar: tetraedrik, nisbətən az triqon-tritetraedrik və rombododekaedrik; İkiləşmə: tez-tez, {111} üzrə qarşılıqlı nüfuzetmə ikiləşmələri; Mineral aqreqatları: massiv, dənəvər, sıx əmələgəlmələr, püruzlar.
Əsasən hidrotermal yolla əmələ gəlir. Orta temperaturlu polimetal, kolçedan, qızıl, gümüş, sürmə-civə yataqlarında və b. daha tez-tez rast gəlir. Habelə skarnlarda, nisbətən az peqmatitlərdə, nadir hallarda çökmə süxurlarda (mergellər, misli qumdaşları) və mis filizi yataqlarının sementləşmə zonasında tapılır. Birlikdə rast gəldiyi minerallar: xalkopirit, pirit, sfalerit, qalenit, arsenopirit, enargit, bornit, burnonit və b. Mineralın tapıldığı yerlər: Freyberq, Rammelsberq, Klaustal (Almaniya); Kopnik (Rumıniya); Bansko-Ştyavnitsa (Slovakiya); Sent-Mari-o-Min (Fransa); Darasun, Beryozov (Rusiya); Xonsü, İkino (Yaponiya); Potosi (Boliviya); Sero-de Pasko (Peru); Çanyarkilo (Çili); Bingem, Byütt (ABŞ) və b. Azərbaycanda ikinci dərəcəli minerallar kimi Filizçay, Katsdağ, Katex, Mehmana, Çıraqdərə, Toğanalı, Gədəbəy, Bittibulaq, Daşkəsən, Ağdərə, Göydağ yataqlarının, Tutqunçay hövzəsindəki qızıl filizi zolağının, çoxsaylı təzahürlərin filizlərində və b. aşkar edilmişdir.
Tetraedrit, tennantit və onların növ müxtəlifliklərinin iri müstəqil yığınlarının hələ müəyyən edilmədiyi ilə əlaqədar olaraq, onlar yalnız misin başqa mineralları ilə birlikdə mis və bəzən gümüş (freybergit) mənbəyi kimi praktik əhəmiyyət kəsb edir.[3]