Koybağar (qaz. Қойбағар[1]) — Qazaxıstanın şimalında yerləşən axarsız göl. Göl Qostanay vilayətinin Karasu rayonu ərazisindədir. Göldən 5 km qərbdə Karasu kəndi yerləşir. Koybağar gölü Ubaqan çay hövzəsinə daxildir. 2009-cu ildən Ramsar konvensiyasında su-bataqlıq ərazisi kimi qeydiyyata götürülüb. Göl Koybağar-Tyumtyur göllər sisteminə daxildir[2].
Koybağar gölü | |
---|---|
qaz. Қойбағар | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 198 m |
Sahəsi | 96 km² |
Həcmi | 0,02 km³ |
Orta dərinliyi | 1,6 m |
Yerləşməsi | |
52°37′37″ şm. e. 65°36′27″ ş. u.HGYO | |
Ölkə | |
|
Koybağar gölü Turqay yaylasında yerləşir.[3] Gölə Karasu çayı tökülür. Gölün şimal sahillərində Koybağar bataqlığı formalaşıb. Şərq sahildə Suygensay, şimal sahilində isə Jumagul kəndi yerləşir.
Gölün sahəsi təxminən 96 km², digər məlumata görə isə 127 km²-dir (suyun səviyyəsinə görə dəyişə bilir). Dərinlik 1,3—1,5 metr arasında dəyişir. Gölün dəniz səviyyəsindən hündürlüyü 202 metrdir. Sahil ərazilərinin relyefi düzənlikdir. Yay aylarında göl suyu daha duzlu olur. Gölün mərkəzi hissələrində nadir qamış növləri bitir. Suyun səviyyəsi aşağı düşəndə göldə kiçik adalar meydana gəlir.[2]
Koybağar və Tyumtyur gölü Tyumtyur çökəkliyində yerləşir. Çökəklik tektonik mənşəlidir. Sonradan eroziya proseslərinin, daha sonra isə mezokaynozoy çöküntülərinin toplanması nəticəsində formalaşıb. Göl yatağı dik sahil yarağanı ilə əhatə olunub. Yarğanın hündürlüyü 3-4 metr, bəzən isə 10 metrə çatır.
Göl əsasən qar suyu ilə və Karasu çayı ilə qidalanır. Qışda göl donur. Ən soyuq zamanlarda buz qatının qalınlığı 1,3 metr olur. Yaz aylarında buzdan azad olunan zamandan yenidən donana kimi buxarlanma yolu ilə öz suyunun itirir (0,9 metr). Ancaq göl tam qurumur.
Göl ərazisində suda üzən və su kənarında yaşayan 39 quş növü yuva qurur. Onlardan ən böyüyü boz qaz, yaşılbaş ördək, boz ördək, cırıldayan cürə, qırmızıbaş qaraördək, kəkilli qaraördək və adı qaşqaldaqdır. Ərazidə məməlilərdə yetərincə çoxdur. Gəmiricilər, əsasən bozqır marmotu üstünlük təşkil edir. Sürünənlərdən gürzə daha çoxdur. Suda 8-10 balıq növü var. Əsasən durna balığı və xanı balığı çoxluq təşkil edir.