Krımtatar diasporu — Krımdan kənarda yaşayan krım tatarlarının vətənləri ilə istər genetik istərsə mənəvi bağlılıqlarını özüdə birləşdirən məfhum.
Krımtatar diasporu Krım xanlığının Rusiya imperiyası tərəfindən işğal edildikdən sonra meydana gəlmişdir. 1783-cü ildə xanlıq işğal edildikdən sonra vətənlərini tərk etmək məcburiyyətində qalmışlar. Bu isə hətta 1783-1917 illərdə müxtəlif köçlərə səbəb olmuşdur. Diaspor sayının artmasına digər səbəb isə Rusiyanın köçürmə siyasəti olmuşdur. Krıma işğaldan sonra çoxlu sayda rus köçürülmüşdür. SSRİ isə krım tatarlarından birdəfəlik canını qurtarmaq məqsədilə İkinci Dünya müharibəsinin ən çılğın anı seçilmişdir. 1944-cü ildə krım tatarları Mərkəzi Asiyaya köçürülmüşdür. Bu köçkünlər, daha doğrusu, diaspor deyil, zorla sürgünə məruz qalmış topluluq idi.
Osmanlı imperiyasında daima krımtatar diasporu mövcud olmuşdur. Səbəb isə iki ölkə arasında gözəl əlaqələrin olması idi. XIV–XV əsrlərdə osmanlılar Doburcanı koloniyalaşdırmışdırlar. Burada əsasən Bucakdan olan krım tatarları yaşayırdı. 1593 vı 1595 illərdə onlar Doburcaya köçürürlər. Tatarların bir hissəsi Osmanlı Yunanıstanına və Osmanlı Türkiyəsinə köçür. Ancaq Rusiyanın Krımı ilhaq etməsindən sonra yeni diaspor dalğası meydana gəlmişdir. Krımtatarların ali təbəqəsi sayılan mirzə və mollalar təqibə məruz qalmışdır. Onlar canlarını qurtarmaq məqsədilə Şimali Qafqaza qaçmalı olurdu. Ancaq onlar vətənləri ilə əlaqəni kəsməmişdilər. Onların ümumi sayı 8 min nəfər təşkil edir. Onların yenidən Krıma dönə biləcək ümidi 1859-cu ilə qədər davam etmişdir. Bu zaman Qafqaz ruslar tərəfindən işğal edilmişdir. 1877-1878-ci illərdə krım tatarları, çeçenlər və çərkəzlər Rusiya tərəfindən Anadoluya köçürülmüşdür. Bu köçlər zamanı 1 milyon müsəlman Anadoluya köçmək məcburiyyətində qalmışdır. Krımın işğalından sonra 4 min tatar Oçakov qalasına sığınmışdı. Krım müharibəsindən sonra yeni köç dalğası meydana gəlmişdir. Rusiya onları daxili təhlükə sayırdı. Bu səbəbdən yeni köç dalğaları baş vermişdir.
İkinci Dünya müharibəsindən sonra Türkiyə ərazisinə Rumınya və Bolqarıstanda sosializm qurulduqdan sonra krım tatarları köç etməyə məcbur olmuşdur. Türkiyədə günümüzdə 1 milyon krım tatarı yaşayır. Ancaq onların böyük qismi özlərini krım əsilli türk adlandırır[1]
18 may 1944-cü ildə NKVD Dövlət Müdafiə Komitəsinin qərarı ilə krım tatarları Krımdan Mərkəzi Asiyaya deportasiya edilmişdir. 1989-ci ildə krım tatarlarının sürgünü qanunsuz elan edilmişdir. Nəticədə 300 min krım tatarı geriyə qayıda bilmişdir. Ancaq hələdə 270 min tatar Özbəkistan və digər keçmiş sovet ölkələrində yaşayır.
Krımtatar diasporu Rumıniyada 2002-ci ilə olan məlumata görə 24 min nəfər təşkil etmişdir. Sosializm ləğv edildikdən sonra milli oyanış başlamış vətən və dünyanın digər bölgələrində yaşayan tatarlarla əlaqə qurulmuşdur. Bolqarıstanda sayları bir necə minə çatır. Qərb yarım kürəsində isə ən böyük diaspor ABŞ ərazisindədir. Onlar əsasən Rumıniya, Bolqarıstan və Yunanıstan gəlmələrdir.