Kraliça Elizabet Torpağı (ing. Queen Elizabeth Land) — Böyük Britaniyanın Antarktika ərazilərinə daxil olan bölgə. Bölgə Ueddell dənizi ilə Cənub qütbü arasında yerləşir.
Qreyam Torpağı | |
---|---|
ing. "Queen Elizabeth Land" | |
84°00′ c. e. 49°00′ q. u.HGYO | |
Ölkə | Antarktida |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Kraliça Elizabet Torpağı 18 dekabr 2012-ci II Elizabetin taxt-tacda olmasının 60 illiyi münasibətilə adlandırılmışdır[1]
Kraliça Elizabet Torpağının ərazisi 437 000 km² təşkil edir. Torpaq üçbucaqlı bir seqment olaraq bir hissəsi cənub qütbünə söykənir. Şimaldan Ronn şelf buzlağı və Filhner şelf buzlağı, şimal-şərqdən Kots Torpağı, şərqdən Kraliça Mod Torpağı ilə sərhədlənir. Kraliça Elizabet Torpağının qərbində Elsuort Torpağı yerləşir[2][3][4]. Kraliça Mod Torpağının mərkəzi Pensakol dağlarıdır. Ərazi 1956-cı ili yanvarında aşkarlanmışdır[5]. Torpaq bütün britaniya xəritələrində göstərilir[6]
Argentina Böyük Britaniyanın bölgəyə olan ərazi iddiasına öz etirazını bildirmişdir. Çünki bölgənin bir hissəsi Argentia Antarktikası olaraq tanınır. Bu bölgəyə Argentina iddia edir[7]. Ancaq 1961-ci ildə Antarktida haqqında konvensiyaya görə bütün ərazi iddiaları dondurulmuşdir[8].