Krasnodar su anbarı

Krasnodar su anbarı
rus. Краснодарское водохранилище
Ölkə  Rusiya
RegionKrasnodar diyarı
Tikilmə tarixi1.967
Dəniz səviyyəsi33 m
Uzunluğu40 m
Eni15 m
Sahəsi420 m²
Həcmi2,0—3,1 m³
Dərin yeri18 m
Orta dərinliyi5 m
Axan çayKuban
Dolma ili1.973
Krasnodar su anbarı (Rusiya)

Krasnodar su anbarıRusiyanın Krasnodar diyarıAdıge Respublikası ərazisində yerləşən süni su hövzəsi. Su anbarı Şimali Qafqaz ən böyük su anbarıdır.

22 iyul 1967-ci ildə SSRİ-nin Nazirlər Soveti Kuban çayı üzərində Krasnodar su anbarının tikilmə layihəsini təsdiq etmişdir[1]. Tikinti öncəsi əhalinin yeni əraziyə köçürülməsi həyata keçirilmişdir[2]. Su anbarının tikintisi zamanı iyirmi aul, xutor ərazisində olan əkin sahələri su altında qalmışdır. Eyni zamanda 5 qardaşlıq məzarı, 28 qəbiristanlıq köçürülmüşdür. 16 min hektar meşə kəsilmişdir[3]. Əhali əsasən yeni tikilən Adıgeysk şəhərinə və Tlyustenxabl qəsəbəsinə köşürülmüşdür.

Su anbarı 1973-1975-ci illərdə su ilə doldurulmuş. Su anbarının istifadəsi 4 dekabr 1975-ci ildə baş vermişdir. Su anbarının şərq hissəsinə 1940-cı ildə inşa edilən Tşikskoe su anbarıda birləşmişdir. Sonuncu su anbarı əsas anbardan yarım batırılmış dama vasitəsi ilə ayrılır. Yerli əhali o hissəni öz köhnə adı ilə adlandırırlar. Bu ərazi balıqçılıq üçün çox əlverişli məkandır.[4]

Ümumi xarakteriskası

[redaktə | mənbəni redaktə et]

Krasnodar su anbarının sahəsi — 420 km², həcmi — 2,0 km³ - 3,1 km³-dir. Suyun həcmi nizamlanır və su səviyyəsi 8 metr arasında dəyişir. Su anbarının uzunluğu — 40 km, eni isə — 15 km-dir. Krasnodar su anbarının ən dərin yeri 18 metr, orta dərinlik isə 5 metrdir.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Krasnodar su anbarının tikilməsində əsas məqsəd ərazidə çəltik əkininə dəstək və Kuban çayında olan səviyyə enişinin qarşısını almaq idi. İlk illər su anbarında gəmiçilik nəzərdə tutulmuşdu. Sonrakı illərdə gəmiçilik dayandırıldı. Buna səbəb Kuban və digər kiçik çayların gətirmə məhsulları hesabın su anbarının dayazlaşması idi.

1992-ci ildə Adıge Respublikasının Ali Soveti su anbarının mərhələli şəkildə boşaldılmasını qərara aldı. Sonradan Krasnodar diyarının adminstrasiyası ilə aparılan danışıqlardan sonra qərar su anbarının su səviyyəsinin endirilməsi ilə əvəzləndi.[5]

  1. "Распоряжение Совмина СССР от 22.07.1967 N 1737р «О проектном задании на строительство Краснодарского водохранилища на реке Кубани»". base.consultant.ru (rus). 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-07.
  2. "Постановление Совмина СССР от 22.10.1969 N 843 «О мероприятиях по переселению населения, переносу на новые места и сносу строений и сооружений в связи со строительством Краснодарского водохранилища на р. Кубани»". base.consultant.ru (rus). 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-07.
  3. Виталий Штыбин. Утерянное наследие Адыгеи. Какой ценой построили Краснодарское водохранилище // Юга.ру. 2018.
  4. "Постановление Совмина СССР от 04.12.1975 N 987 «О приемке в эксплуатацию Краснодарского водохранилища на реке Кубани»". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-29.
  5. ""Краснодарское море": как это было". 2019-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-13.