Krater (vulkan)

Meteor kraterinin yaranması
Vulkan yaranması
(14 - krater)

Vulkan krateri (lat. crater q.yun. κρατήρ sözündən götürülmüşdür) — Yer kürəsi və digər nəhəng səma cisimlərinin səthi üzərində, bir neçə səbəbdən yaranan relyef forması. Bunlardan ən əsasları vulkanik dağlar üzərində yerləşən vulkan aktivliyi nəticəsində yaranan kraterlər və kiçik-xırda səma cismlərinin səthə düşməsindən yaranan kraterlər - zərbə kraterləri (meteor kraterləri).

Haqqında[redaktə | mənbəni redaktə et]

Vulkan kra­teri- (rus. кратер вулканический, ing. volcanic crater) (yun. krater-kasa, piyalə) –vulkan konusunun zirvəsində və ya yamacında əmələ gəlmiş qıf yaxud kasa şəkilli çökəklik. Köndələn kəsimi nadir halda -2, -2,5 km-dən böyük , dərinliyi isə bir neçə on metrdən yüz metrlərə qədər olur. Vulkan kraterinin dibində maqma ocağından qalxan lava və başqa vulkan məh­sullarının yer üzünə çıxması üçün bir və ya bir neçə ağız yerləşir.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Vulkan krateri // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 140. ISBN 978-9952-453-14-0.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]