Krilon yarımadası (rus. Полуостров Крильон) — Saxalin adasının cənub-qərbində yerləşən yarımada.
Krilon yarımadası | |
---|---|
Yerləşməsi | |
46°26′ şm. e. 142°05′ ş. u.HGYO | |
Akvatoriya | Oxot dənizi, Yapon dənizi |
Ölkə | Rusiya |
|
Yarımada ərazisi üçbucaq formaya malik olub, mərkəzi hissəsi dağlıqdır. Buradan Cənubi-Kamışovı dağ silsiləsi keçir. Sahilləri sıldırımlıdır. Uzununluğu 100 km təşkil edir. Cənub ucqar nöqtəsini Krilon burnu tutur. Ən hündür dağları Bambukovaya (588 m), Xmelniski (447 m), Sivuxa (502 m), Maquya (323 m), Perelesnaya (472 m), Taranaya (518 m)[1] Yarımadanın səthi tayqa ilə örtülüdür. İsti Susim cərəyanının təsisinə məruz qaldığından Saxalin adasının ən isti bölgəsidir.
Yarımada ərazisində qədim Krilon şəhərçiyinin qalıqları mövcuddur[2]