Krilon burnu

Krilon burnu (rus. Мыс Крильон) — Saxalin adasının cənubunda yerləşən Krilon yarımadasının cənub qutaracağını təşkil edir. Burun Laperuz tərəfindən fransız hərbçisi Lui-Balbes de Krilonun şərəfinə adlandırılmışdır.

Krilon burnu
Yerləşməsi
45°54′00″ şm. e. 142°05′00″ ş. u.HGYO
Akvatoriya Sakit okean
Ölkə  Rusiya
Krilon burnu xəritədə
Krilon burnu
Krilon burnu

Burun şimaldan ensiz, qayalı bərzəxlə Krilon yarımadası ilə birləşir. Qərbdən Yapon dənizi, şərqdən isə Oxot dənizinin Aniva körfəzi suları ilə yuyulur. Cənubdan Laperuz boğazı ilə Hokkaydo adasından ayrılır. Burunda meteoloji stansiya yerləşir[1]. Burada Sakit okean donanmasına aid mayak vardır. Burundan bir qədər aralıda Kamen Opasnosti adası yerləşir.

  1. "Krilon burnu". 2007-10-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-12-02.