Kripton (II) flüor KrF2 — uçucu rəngsiz kristallardı, kriptonun ilk açıq birləşməsidir. Kimyəvi aktiv maddədir. Yüksək temperaturda flüor və kriptona parçalanır.
Kripton (II)flüor | |
---|---|
Ümumi | |
Sistematik adı | Kripton (II) flüor |
Kimyəvi formulu | KrF2 |
Molyar kütlə | 121,8 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 3,3 q/sm³ |
Termik xüsusiyyətlər | |
Qaynama nöqtəsi | 30 °S |
Parçalanma temperaturu | 20 °S |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 13773-81-4 |
PubChem | 83721 |
ChemSpider | 75543 |
Xüsusiyyətləri | Göstəriciləri |
---|---|
Entalpiya (298 K, qaz fazasında) | 60,2 KJ/mol |
Entalpiya (298 K , bərk fazada) | 15,5 KJ/mol |
Entropiya (300 К, qaz fazasında) | 253,6 J/(mol• K) |
Buxarlanma entalpiyası | 37 KJ/mol |
İstilik tutumu (300 К, az fazasında) | 54,2 J/(mol• K) |
Kripton (II) flüor iki kristal modifikasiyadan birində mövcud ola bilər: α-forma və β-forma. β-KrF2 −80 °C-dən yuxarı temperaturda sabitdir. Aşağı temperaturda α-forma sabitdir.
Parametr | Göstərici |
---|---|
а | 0,458 нм |
b | 0,458 нм |
c | 0,583 нм |
Məkan simmetriya qrupu | P42/mnm |
Kripton (II) flüoru sadə maddələrdən bir çox yolla almaq olar. Aşağıda birləşmənin alınma sürətini artırmaq üçün KrF2-nin sintezi üsulları verilmişdir. Ümumi reaksiya sxemi aşağıdakı kimidir:
Bu üsul nəticəsində həm də kripton tetraflüor alınır. Flüor və kripton qarışığının 1: 1 və 1: 2 nisbətində, 40-dan 60 mm.c.st təzyiq altında güclü elektrik boşalması ilə (cərəyan şiddəti 30 mA, gərginlik 500–1000 V) aktivləşdirilir. Bu cür sintezin sürəti saatda dörddə bir qrama çata bilər, lakin metod olduqca qeyri-sabit və xarci amillərə həssasdır.
Fotokimyəvi alınma üsulu flüor və kripton qarışığına ultrabənövşəyi şüalanmanın dalğa uzunluğu 303–313 nm olan təsiri ilə əsaslanır. Bu halda saatda 1,22 qram sürətlə məhsul almaq olar. Daha sərt şüalanma nəticəsində (dalğa uzunluğu 300 nm-dən az olan) diflüorun parçalanmasının əks prosesini aktivləşdirir. Ən optimal temperatur 77 K-dir, bu temperaturda kripton bərk , flüor isə maye halda olur.
Bərk kripton 680 °C-yə qədər qızdırılan qaz halında olan flüordan müəyyən məsafədə olmalıdır, flüor molekulları sərbəst radikallara parçalanır və flüor kriptonu oksidləşdirir. Qızdırılma isti tel ilə həyata keçirilir, kəskin temperatur qradienti (900 dərəcə / sm-ə qədər) səbəbindən kriptonun qaz fazasına keçmədiyi şərtləri seçmək mümkündür. Bu üsul nəticəsində saatda 6 qrama qədər kripton flüor istehsal etmək olar.
SbF5 və AuF5 olan komplekslər kripton diflüordan termiki cəhətdən bir qədər daha sabitdirlər.
Ən çox qeyri-üzvi sintezdə flüorlaşdırıcı agent kimi istifadə olunur. Maraqlı bir tətbiq, atomar flüorun istehsalıdır.
Kripton(II)flüor kifayət qədər güclü oksidləşdirici və flüorlaşdırıcı olduğundan, 0 °C-dən aşağı temperaturda möhürlənmiş nikel və ya alüminium qablarda (çünki nikel və alüminium KrF2 ilə passivləşdirilir) saxlanılır.
Bu məqalə qaralama halındadır. |