Krista Qoff (ing. Krista A. Goff) — ABŞ tarixçisi, sovet və postsovet tarixi, sovet milli siyasəti və XX əsrdə Qafqaz tarixi üzrə mütəxəssis.
Krista Qoff | |
---|---|
ing. Krista A. Goff | |
İş yeri | |
Təhsili |
|
Krista Qoff Makalester Kollecindən bakalavriat dərəcəsini və Braunn Universitetində magistratura dərəcəsini almışdır. Daha sonra Miçiqan Universitetində tarix üzrə fəlsəfə doktoru dərəcəsi qazanmışdır.[2] O, həmçinin Sankt-Peterburq, İrkutsk və Bakı universitetlərində təhsil almışdır.[3]
Qoff 2021-ci ildən "Kritika" jurnalının həmredaktorudur.[4] Həmin il Kornell Universiteti Nəşriyyatında "Nested Nationalism" əsərini nəşr etdirmişdir.[5][6]
2023-cü ildən Mayami Universitetində tarix üzrə dosentdir. O, həmçinin Havard Universitetində Rusiya, Şərqi Avropa və Avrasiya Tədqiqatları (REEES) proqramının həmdirektorudur.[7]