Kristine Esebua

Kristine Esebua (19 mart 1985, Xobi bələdiyyəsi[d], Sameqrelo-Yuxarı Svaneti diyarı) — Gürcüstanlı oxatan. Kristine Esebua Gürcüstanı 2004, 2008, 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi.

Kristine Esebua
Şəxsi məlumatlar
Tam adı Kristine Esebua
Vətəndaşlığı Gürcüstan Gürcüstan
Doğum tarixi (39 yaş)
Doğum yeri Xobi, Gürcüstan
İdman növü Kamandan oxatma
11 sentyabr 2016 tarixində yenilənib.

Kristine Esebua birinci dəfə Olimpiya Oyunlarına 2004-cü ildə qatıldı. O, Afinada baş tutan XXVIII Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Hindistannın nümayəndəsi Reena Kumari ilə üz-üzə gəldi. Həmin görüşdə Kristine Esebua rəqibinə 149:153 hesabı ilə uduzdu.

Kristine Esebua növbəti Olimpiya Oyunlarına 4 ildən sonra Pekində qatıldı. O, XXIX Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Yaponiyanın nümayəndəsi Yuki Hayaşi ilə üz-üzə gəldi. Həmin görüşdə Kristine Esebua rəqibinə 111:110 hesabı ilə qalib gəlsədə, növbəti görüşdə Yunanıstan təmsilçisi Elpida Romantziyə 111:112 hesabı ilə uduzdu.

Kristine Esebua özünün üçüncü Olimpiya Oyunlarına 2012-ci ildə Londonda qatıldı. O, XXX Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Çilinin nümayəndəsi Denisse van Lamoen ilə üz-üzə gəldi. Həmin görüşdə Kristine Esebua rəqibinə 3:0 hesabı ilə qalib gəlsədə, növbəti görüşdə Cənubi Koreya təmsilçisi Li Sung-Jinə 1:3 hesabı ilə uduzdu.

Kristine Esebua özünün dördüncü Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyrodə baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Hindistannın nümayəndəsi Deepika Kumari ilə üz-üzə gəldi. Həmin görüşdə Kristine Esebua rəqibinə 4:6 hesabı ilə uduzdu.