Kristof "Doom" Şnayder ( Christoph Schneider)(11 may 1966, Şərqi Berlin) — Alman musiqiçisi. Rammstein qrupunun zərbçisi.
Kristof Şnayder | |
---|---|
alm. Christoph Schneider | |
Ümumi məlumatlar | |
Ləqəbi | Doom |
Doğum tarixi | |
Doğum yeri | Şərqi Berlin, ADR |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Musiqiçi |
Fəaliyyət illəri | 1990- indiyənədək |
Janrlar | Yeni Alman Sərtliyi Neue Deutsche Härte, industrial metal |
Musiqi aləti | zərb qurğusu[d] |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Şnayder 1966-cı il may ayının 11-də Şərqi Berlində Pankovda anadan olmuşdur. Özündən iki yaş kiçik bacısı var.
Şnayder 16 yaşında gimnaziya məktəbini bitirmiş,daha sonra telekommunikasiya köməkçisi kimi işləməyə başlamışdır. 1984-cü ildə Şərqi Almaniya ordusunda xidmət etmişdir. Qrupun yeganə üzvüdür ki, hərbi xidmətini tam başa vurmuşdur.[1]
Şnayderin valideynləri onun musiqi ifa etməyi öyrənməyini istəyirdilər, buna görə də onlar Şnayderi ilk Sosialist orkestra ilə bağlı olan musiqi məktəbinə göndərməli olurlar. Burada ona 3 seçim təklif edilir: baraban (truba),klarnet, trombon. Şnayder isə birincini seçir, çünki trubada ifa etmək onun üçün çox asan idi. Kristof özünü zərbdə ifa etməkdə özünü çox istedadlı biri kimi hesab edirdi, bir il sonra orkestraya daxil olaraq, konsertlərdə ifa etməyə başlayır.Burada o baraban ilə maraqlanır. Daha sonra valideynlərinə bu alətdə ifa etmək istədiyini söyləyir, ancaq onlar bu ideyaya dəstək vermirlər çünki "onlar klassik dünyanın insanları idi". Kristof evə gedərək dəmir qutu və vedrədən öz zərb dəstini düzəldir və çubuqlarla məşq etməyə başlayır. 14 yaşında o zərb batereyası (Drum kit(ing),Ударная установка(rus.) almışdı, daha sonra valideynləri ona bunda məşq etməyə, dərslər almağa icazə verdi.[2]
1985-ci ildə Şnayder universitetdə təhsil almaqla musiqi ambisiyalarını yeritmək üçün telekommunikasiya işindən çıxmalı olur, ancaq 2 dəfə universitetə daxil ola bilmir,[1] pianoda ifa etmək kimi başqa musiqi bacarığına sahib olmadığı üçün rədd edilir. O, öz üzərində işləmək üçün öyrənməyə davam edir.[2] Şnayder zərbçi kimi qruplara daxil olmaq üçün 1985-ci ildən 1990-cı ilə qədər ardıcıl olaraq çalışır, nəhayət Die Firma qrupuyla uğura imza atır.
O,1994-cü ildə və Rixard Kruspe və Oliver Ridelə qoşulur. Till Lindemanın qrupa qoşulmasndan sonra onlar "Berlin Senate Metrobeat" yarışmasına qatılır, 4 parçadan ibarət demo üçün səsyazma şansı əldə edir.[1]
Hal-hazırda o, Sabian (zərb dəstinin nazik qab formasında olan aləti, rusca-тарелки) zillərindən və Sonor barabanlarından istifadə edir.
Daha öncə Tama barabanından və Meinl Perküsyon zillərindən istifadə olunmuşdu.
Sonor Dişli:
"Doom" ləqəbi 1993-Doom video oyununun adından götürülür. Kristofun Alman müəllif hüququ agentliyi üçün bir ada ehtiyacı var idi, ancaq Kristof Şnayder adına həddən artq çox rast gəlinirdi. Paul Landers "Doom" adını təklif etdi çünki onlar bu oyunu xoşlayırdı.[2]
Sevdiyi favorit rok qrupları: Deep Purple, Led Zeppelin, Motörhead və AC/DC.[2]
Baraban: Sonor
Boşqab: Sabian