Kroliçi adası

Kroliçi adası — Yapon dənizi, Böyük Pyotr körfəzində kiçik bir ada. Yankov yarımadasının şərq sahilindən 280 metr məsafədə, Bezverxovo kəndi yaxınlığında yerləşir. İnzibati cəhətdən Primorsk diyarının Xasan rayonuna aiddir. Adanın cənub-şərq sahilində Kroliçi mayakı quraşdırılıb.

Kroliçi adası
rus. Кроличий
Ümumi məlumatlar
Sahəsi 0,034 km²
Hündür nöqtəsi 24,5 m
Əhalisi 0 nəfər (2012-ci il)
Yerləşməsi
42°58′13″ şm. e. 131°30′38″ ş. u.
Ölkə  Rusiya
Region
Akvatoriya
Kroliçi adası xəritədə
Kroliçi adası
Kroliçi adası
Kroliçi adası xəritədə
Kroliçi adası
Kroliçi adası

Adanın uzunluğu təqribən 400 m, eni 100 m-ə qədərdir. Maksimum hündürlüyü 24,5 m-dir. Bəzi yerlərdə adanı kol-kos basıb. Adanın şimal və qərb sahilləri düzdür və qumlu-çınqıllı çimərliklərdən ibarətdir, şərq və cənub sahilləri isə qayalıdır[1].

Mayak gözətçisi istisna olmaqla, adada daimi əhali yoxdur. Ada məşhur kayak turizm marşrutunun son nöqtəsidir.

Adanın adını 20-ci əsrin əvvəllərində adanın sahibi Julius Brinerin orada dovşan yetişdirməsi ilə əlaqədardır. Lakin bir neçə on minlərlə çoxaldıqdan sonra bir növ xəstəlikdən öldükləri məlumdur[2].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Навигационное описание залива Петра Великого". 2012-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-07-15.
  2. "Хасанский район. Остров Кроличий". 2008-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-07-15.