Krupp

Radreifen (Alfred Krupp tərəfindən patentləşdirilmiş bütöv dəmir yolu çarxları) əsasında Kruppu simvolizə edən üç halqa. Üç halqa hazırda Thyssenkrupp loqosunun bir hissəsidir.

KruppEssendən 400 illik tarixə malik Alman sülaləsi olan tanınmış ailə.[1] Krupp döyüş sursatı , silah və polad istehsalına görə daha çox məşhurlaşıb. Fridrix Krupp AG kimi tanınan ailə biznesi, 20-ci əsrin əvvəllərində Avropada ən böyük şirkət idi. 1999-ci ildə Krupp şirkəti Thyssen AG ilə birləşdi və Thyssenkrupp AG adlı böyük sənaye konqlomeratı formalaşdırdı.

Şirkət haqqında

[redaktə | mənbəni redaktə et]
Essendə Krupp işçiləri hərbi-dəniz topları və səhra artilleriya hissələrinin növlərini ayırır (təxminən 1905-ci il).

Fridrix Krupp (1787-1826) 1810-ci ildə Essen şəhərində ilk poladəritmə zavodunu tikdirir və ailə biznesini qurur.[2] Onun “Top Kralı” və ya “Böyük Alfred “kimi tanınan oğlu Alfred polad çarxlar və dəmir yolu şinlərinin ən yaxşı istehsalçısı olmaq üçün yeni texnologiyaya xeyli vasait sərf edir. O, həmçinin mayeləşdirilmiş istixana texnologiyalarına sərmayə yatırır və AlmaniyaFransada çoxlu mina əldə edir. Dövr üçün qeyri-adi olsa da, o, onun işçilərinə maddi yardım göstərib sosial xidmətlərlə, güzəştli mənzil, səhiyyə və pensiya müavinətlərilə təmin edib.

Şirkət 1840-cı illərdə xüsusilə Rusiya, TürkiyəAlmaniya orduları üçün polad toplar istehsal etməyə başladı.[3] Qeyri-hərbi sahəyə tələbatın və dövlət subsidiyalarının az olması nəticəsində şirkət silah istehsalı sahəsində daha çox ixtisaslaşıb, belə ki, 1880-ci illərdə silah istehsalı Krupp şirkətinin ümumi məhsulunun 50%-ni təşkil edirdi. Alfred bu bizneslə məşğul olmağa başlayanda onun beş işçisi var idi. Onun vəfatına kimi iyirmi min nəfər dünyanın ən iri sənaye şirkəti və Alman imperiyasında ən böyük özəl şirkət olan Krupp üçün çalışıb.

XX əsrdə şirkətə Kruppun varisi Berta Krupp ilə evlənəndən sonra Krupp soyadını götürərək, Qustav Krupp fon Bolen und Halbach (1870-1950) rəhbərlik edib.[4] Adolf Hitler 1933-ci ildə Almaniyada hakimiyyətə gələndən sonra, Krupp şirkəti Almaniyanın yenidən silahlanması üçün mərkəzə çevrilmişdir. 1943-ci ildə Hitlerin xüsusi əmri ilə şirkətin yeganə mülkiyyəti Qustav və Bertanın böyük oğlu Alfried Krupp fon Bolen und Halbacha (1907-67) qaytarıldı. Almaniyanın müharibədə məğlubiyyətindən sonra, Qustav məhkəmə qarşısında dayanan qoca və bacarıqsız bir insan idi və o, Nürnberq Hərbi Tribunalında şirkətin qul əməyindən istifadəsi və"soyğunçuluğa" görə Krupp İstintaqı zamanı hərbi cinayətkar kimi ittiham edilmişdir.[5] Nəticədə bu məhkəmə onu 12 il müddətinə azadlıqdan məhrum edib və onun əmlakının 75%-ni satmaq ona əmr edilib. 1951-ci ildə Soyuq müharibənin inkişaf etdiyi dövrdə heç bir alıcı olmayıb, buna görə də ABŞ-nin işğalçı rəhbər orqanları onu azad edib və o, 1953-ci ildə firmanın nəzarəti yenidən bərpa edib. 1968-ci ildə şirkət koorparasiya oldu. 1999-cu ildə isə Krupp qrupu ən böyük rəqibi Thyssen AG ilə birləşdi və birləşmiş bu iki şirkət ThyssenKrupp AG adlanaraq dünyada Almaniyanın beşinci böyük firması və ən böyük polad istehsalçılarından biri oldu.

  1. "Krupp". 2014-07-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 may, 2014.
  2. "Krupp". 2018-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may, 2014.
  3. "Manufacturer - Krupp". 2022-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may, 2014.
  4. "Krupp AG". 2015-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may, 2014.
  5. "The Righteous Among the Nations who transformed the factory of death" (PDF). 2016-03-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 24 may, 2014.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]