Landkreuzer P. 1500 Monster

Landkreuzer P. 1500 Monster, İkinci Dünya Müharibəsi zamanı Almaniya tərəfindən hazırlanmış super ağır artilleriyadır. Bu, Alman tank dizaynlarının ən ekstremal nümunəsidir.

Landkreuzer P. 1500 Monster
Ölkə
İstismar tarixçəsi
İstifadə edilən döyüşlər
İstehsal tarixçəsi
İstehsalçı Krupp
Xüsusiyyətləri
Uzunluğu
  • 42 m
Eni 18 m
Hündürlüyü 7 m
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

23 iyun 1942-ci ildə Almaniyanın Silah Nazirliyi 1000 tonluq Landkreuzer P. 1000 Ratte layihəsini təklif etmişdir. Adolf Hitler layihə ilə şəxsən maraqlanaraq layihənin həyata keçməsinə icazə vermişdir. Həmin ilin dekabrında Krupp firması 1500 tonluq P. 1500 Monster üçün öz təklifini hazırlamışdır. 1943-cü ildə Silahlanma Naziri Albert Speer hər iki layihəni də ləğv etmişdir.

Bu "quru kreyseri" həmçinin yenə də Krupp şirkəti tərəfindən hazırlanmış və dünyanın ən böyük 800 mm-lik topu olan Schwerer Gustav üçün nəzərdə tutulmuş özüyeriyən platforma kimi hazırlanmışdır. Schwerer Gustav artilleriyasının 37 km uzağa atıla bilən 7 tonluq mərmiləri ağır istehkamları dağıtmaq üçün istifadə olunurdu.

Əgər bu tankın hazırlanması başa çatdırıla bilinsəydi, Panzer VIII Maus-u (indiyə qədər istehsal edilmiş ən böyük tank modeli) çox ötmüş olardı. Landkreuzer P. 1000 Ratte dizaynına görə də olduqca çox böyük bir texnika olan (onu yaradılması ehtimalı qətiyyən qeyri-mümkün idi) bu tank, əgər kifayət qədər hərəkət gücünə malik olsaydı belə, o, maksimum 10-15 km/saat sürətə çata bilərdi.

Ölçüləri ilə olduqca qorxulu görünsə də, bu quru kreyserinin bir çox mənfi cəhətləri var idi. Məsələn, bu boyda texnikanın keçə biləcəyi bircə dənə olsa belə, körpü yox idi. Yol da, yox idi. Ağırlığına görə onun olduğu ərazidə belə hərəkət etməsi qeyri-mümkün idi. Onun sürəti də çox aşağı idi. Ərazi şəraitində, məsələn, çayı keçmək üçün belə təbii yol tapmalı idi. Bu, texnika üçün əlavə vaxt itkisi idi. Bu ölçülərdə bir texnika hər nə qədər kamuflyaj edilmiş olsa da, düşmən təyyarələri üçün asan hədəf olardı. Ona görə də sığınacağa ehtiyacı var idi. Bu nəhənglikdə ölçülərə malik olan texnika inşa edilsəydi belə, işə yaramayacağı açıq-aşkar görünürdü.

Xarici linklər

[redaktə | mənbəni redaktə et]