Kseniya Levkovska

Kseniya Yuriyivna Levkovska (ukr. Ксенія Юріївна Левковська; 13 oktyabr 1989, Xarkov) — Ukrayna əsilli Azərbaycanlı triatlonçu.

Kseniya Levkovska
ukr. Ксенія Левковська
Şəxsi məlumatlar
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyəti Ukraynalı
Doğum tarixi 13 oktyabr 1989(1989-10-13) (34 yaş)
Doğum yeri
Boyu 171 sm.
Çəkisi 55 kq.
İdman növü Triatlon
2 may 2016 tarixində yenilənib.

Həyatı və karyerası[redaktə | mənbəni redaktə et]

Kseniya Levkovska 13 oktyabr 1989-cu ildə Ukraynanın Xarkov şəhərində anadan olmuşdur. Kseniya Levkovska 2008-ci ildən idman ilə məşğul olur. Kseniya Levkovska orta təhsilini Xarkov şəhərində 25 nömrəli məktəbdə alıb. Ali təhsilini isə o Xarkov Bədən Tərbiyəsi Akademiyasında alıb.

Kseniya Levkovska birinci uğurunu 2011-ci ildə qazandı. O Qazaxıstanın Kökşetau şəhərində keçirilən Asiya Kubokunda 3-cü yeri tutdu və bürünc medal qazandı. O həmçinin 2012-ci ildə İspaniyada keçirilən Gənclərin Avropa Çempionatında 10-cu yeri tutdu. Kseniya Levkovska 2015-ci ildə Azərbaycanı Bakı şəhərində keçirilən I Avropa Oyunlarında təmsil etdi. O fərdi yarışlarda 2 saat 5 dəqiqə 47 saniyə nəticə ilə 47 idmançı arasında 17-ci yeri tutdu.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]