Ktesipp (q.yun. Κτησίππος) — yunan mifologiyasında personaj. O, Herakl və Deyaniranın,[1] başqa bir versiyaya görə, Astidameyanın oğludur.[2]
Ktesipp | |
---|---|
Cinsi | kişi[d] |
Atası | Herakl |
Anası | Deyanira |
Qardaşı və bacısı | Hill (Heraklın oğlu) |
Uşaqları |
Deifontun şəcərəsini xatırladan antik müəllif Pavsani qeyd edir ki, Heraklın oğlu Ktesipp onun ulu babası olmuşdur.[3] Deifont Peloponnesi fəth edən dori liderlərindən biri idi. Onun liderlik bacarığı sayəsində dorilər Arqosu fəth etmişdilər.[4]