Kuang Si (laos ຕາດກວາງຊ, oxu. «tat kvanpxsi») — Laosun Luang Prabang əyalətində şəlalə. Şəlalə ölkənin Tam Kuang Si Milli Parkında yerləşir. Tipinə görə kaskad və mərtəbəlidir. Ümumi hündürlüyü 60 metr, əsas kaskadın hündürlüyü 54 metrdir.[1] Şəlalə əsas 4 kaskaddan ibarətdir.
Kuanq Si | |
---|---|
laos ຕາດກວາງຊ | |
| |
Ümumi məlumatlar | |
Hündürlüyü | 60 m |
Yerləşməsi | |
19°44′ şm. e. 101°59′ ş. u.HGYO | |
Ölkə | Laos |
Region |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kuang Si şəlaləsi Luang Prabang şəhərindən 32 km cənubda, Mekonq çayının sol sahilindədir. Ərazidə eyni adlı milli park yaradılıb. Şəlalə əsas və üç kiçik kaskaddan ibarətdir. Əsas kaskadın hündürlüyü 54 metrdir. İkinci kaskaddan on metr aşağıda kiçik mağara var. Kaskadlar arasında bir neçə hovuz mövcuddur. Hovuzlarda suyun rəngi firuzəyidir. Suyun bu rəngdə olmasına səbən ərazidəki əhəngdaşlı qayalar və tərkibində əhəng, karbonat kalsi olan torpaq örtüyüdür. Qrunt sularında karbon dioksidin miqdarının yüksək olması nəticəsində suda ilk öncə qarışıq yaranır, qarışıq daxilində ki, bikarbonat kalsi davamlı olmadığından kristallar şəklində suyun dibinə çökür və xüsusi qat əmələ gətirir. Həll olmuş karbonatlar isə şəlalədə olan su hovuzlarına firuzəyi rəng verir. Belə rəngli suya Cənub-Şərqi Asiyanın bir çox şəlalələrində rast gəlmək olar. Məsələn: Taylanda olan Erevan şəlaləsi.
Kuang Si şəlaləsinin su sərfi ilin fəsillərindən asılı olaraq dəyişir. Ümumən şəlalə yağış suları ilə qidalanır və o üzdən musson mövsümündə daha bol sulu olur (avqust-noyabr). Dağ yamacında yerləşən şəlaləni sıx enliyarpaqlı və qarışıq meşələr əhatə edir. Yerli əhali bu şəlaləyə istirahət günləri çimməyə və ailəvi istirahət üçün gəlirlər.[2] Əraziyə giriş pulludur - 20000 kip. Toplanılan pul ərazinin təmizliyinə və infrastrukturuna xərclənir. Ərazidə xüsusi cığır, pilləkən və aşağı mərtəbədə körpü var.[3]
Ətraf ərazidə hmong və khmu etnik qruplarana məxsus qəsəbələr var. Daha çox ziyarət olunanı - Ban Tam Paendir. Kəndlərdə yerli istehsal olan sevenir və milli sənətkarlıq nümunələri satılır. Laos stilində tikilmiş mehmanxanalar çoxdur (Vanvisa 2 Guest House). Şəlalə yaxınlığında Asiya qara ayılarının qorunma mərkəzi fəaliyyət göstərir. (ing. Tat Kuang Si Bear Rescue Centre). Məhs bu ayıların kökü kəsilmək üzrədir. Mərkəzdə, təbii şəraitdə ayılar sərbəst yaşayırlar. 2003-cü ildə bu mərkəzi avstraliya təşkilatı olan Free The Bears Fund Inc. qurmuş. Girişə, çəkilişə icazə verilir.