Kubernetes adı qədim yunan dilindən gəlir, mənası "sükançı" və ya "pilot" deməkdir. Kubernetes tez-tez K və s arasındakı səkkiz hərfi sayılaraq K8s kimi qısaldılır.[8]
Kubernetes containerd və CRI-O kimi müxtəlif konteyner iş mühitləri ilə işləyir.[9] Onun böyük cloud-native iş yüklərini idarə edə bilməsi data mərkəzlərində geniş istifadəsinə səbəb oldu. Müstəqil proqram təminatı satıcılarından (ISV) bu platformanın çoxsaylı paylamaları ilə yanaşı əsas bulud satıcılarının buludda yerləşən təklifləri mövcuddur.[10]
Kubernetes Google tərəfindən 2014-cü ilin ortalarında buraxılıb.[11] Layihənin yaradıcısı Co Beda, Brendan Börns və Kreyq MakLakki[12][13] idi və qısa müddət sonra digər Google mühəndisləri, o cümlədən Brayn Qrant və Tim Hakin də onlara qoşuldu.[11]
Kubernetes-in dizaynı və inkişafı Google-un Borg klaster menecerindən təsirlənib. Ən çox töhfə verənlərin əksəriyyəti əvvəllər Borg üzərində işləmişdir.[14][15] Kubernetes-ə Star Trek-in keçmiş Borg personajı Doqquzun yeddisi[ing.][16] şərəfinə "Project 7" kod adını verdilər və onun yeddimilli təkərini loqo olaraq seçdilər. C++ dilində yazılmış Borgdan fərqli olaraq, Kubernetes Go dilində yazılıb.
↑Abhishek Verma; Luis Pedrosa; Madhukar R. Korupolu; David Oppenheimer; Eric Tune; John Wilkes. "Large-scale cluster management at Google with Borg". Proceedings of the European Conference on Computer Systems (EuroSys). April 21–24, 2015. 2017-07-27 tarixində arxivləşdirilib.