Flutter — Google tərəfindən yaradılmış açıq mənbəli UI proqram təminatı tərtibat dəsti (SDK). Hər hansısa bir veb brauzer,[3] Fuchsia, Android, iOS, Linux, macOS və Windows üçün vahid kod bazasında kross platforma proqramlar hazırlamaq üçün istifadə olunur.[4] İlk dəfə 2015-ci ildə bəhs edilən[5][6] Flutter 2017-ci ilin mayında yayımlandı.
Flutter | |
---|---|
Tipi | proqram təminatı freymvorku |
Müəllif | |
Tərtibatçı | |
Repozitoriya | github.com/flutter/flutt… |
Proqramlaşdırma dili | C++, Dart[2] |
Yayımlanma tarixi | 23 oktyabr 2014 |
Sonuncu versiya |
|
Sayt | flutter.dev |
Vikianbarda əlaqəli mediafayllar |
Flutter-in ilk versiyası "Sky" kimi tanınırdı və Android əməliyyat sistemində işləyirdi.[7] O 2015-ci ildə Dart tərtibatçılarının zirvə toplantısında, saniyədə 120 kadr sürətlə (FPS) render edə bilmək funksiyası ilə təqdim edildi.[8][9] 2018-ci ilin sentyabrında Şanxayda keçirilən Google Developer Day-in əsas çıxışı zamanı Google, Flutter 1.0-dan əvvəlki son əsas buraxılış olan Flutter Release Preview 2-ni elan etdi. 4 dekabr 2018-ci ildə Flutter 1.0 Flutter Live tədbirində təqdim edildi və bu freymvorkun ilk stabil versiyası oldu. 11 dekabr 2019-cu ildə Flutter 1.12 Flutter Interactive tədbirində yayımlandı.[10]
6 may 2020-ci ildə Dart proqram təminatının inkişaf etdirilməsi dəsti (SDK) 2.8 və Flutter 1.17.0 yayımlandı, bu da iOS cihazlarında performansı təxminən 50% yaxşılaşdıran Metal API dəstəyi, həmçinin yeni Material vidcetləri və şəbəkə izləmə tərtibat alətləri əlavə etdi.
3 mart 2021-ci ildə Google onlayn Flutter Engage tədbiri zamanı Flutter 2-ni təqdim etdi. Bu böyük yeniləmə yeni Canvas Kit renderi və veb əsaslı vidcetlər, Windows, macOS və Linux üçün erkən giriş masaüstü proqram dəstəyi və təkmilləşdirilmiş Add-to-App API ilə veb-əsaslı proqramlar üçün rəsmi dəstək gətirdi.[11] Bu versiya həmçinin bir çox xarici paketlərlə bağlı böyük dəyişikliklərə və problemlərə səbəb olan boş təhlükəsizlik (ing. void safety or null-safety) xüsusiyyətinə sahib Dart 2.0-dan istifadə etdi.[12]
8 sentyabr 2021-ci ildə Dart 2.14 və Flutter 2.5 yayımlandı. Yeniləmə Android tam ekran rejiminə və Google-un Material Design adlı material dizaynının ən son versiyasına təkmilləşdirmələr gətirdi. Dart iki yeni yeniləmə aldı, lint şərtlərini standartlaşdırdı və Apple Silicon dəstəyini stabil etdi.[13][14]
12 may 2022-ci ildə Flutter 3 və Dart 2.17 yayımlandı. Bu yeniləmə həm Intel, həm də Apple Silicon prosessorlarında Linux və macOS üçün sabit dəstək daxil olmaqla dəstəklənən platformaların ümumi sayını altıya qədər genişləndirdi.[15] 30 avqust 2022-ci ildə Flutter 3.3 yayımlandı. Bu versiyada Objective-C və Swift qarşılıqlı əlaqəsi və şeyder (ing. Shader)kompilyasiyası nəticəsində yaranan kəkələməni azaltmaq məqsədi daşıyan "Impeller" adlı yeni render mühərriki nümayiş etdirildi.[16]