Asparux xan

Asparux xan (təq. 640701 və ya 700, Dnepr çayı) — Birinci Bulqar dövlətinin qurucusu, Kubrat xanın ortancıl oğlu.

Asparux xan
bolq. Аспарух
Asparux xanın Strelça, Bolqarıstandakı heykəli.
Asparux xanın Strelça, Bolqarıstandakı heykəli.
681 – 701
ƏvvəlkiKubrat xan
SonrakıTervel xan
Şəxsi məlumatlar
Doğum tarixi təq. 640
Vəfat tarixi 701 və ya 700
Vəfat yeri
Fəaliyyəti suveren[d]
Atası Kubrat xan
Uşağı Tervel xan
Ailəsi Dulo sülaləsi
Dini Tenqriçilik
Elmi fəaliyyəti
Elm sahəsi siyasətçi

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bulqar xanları nominaliyasına görə Asparux Dulo sülaləsinə mənsub olub 61 il hökmdarlıq etmişdir. Asparux atasının ölümündən sonra 50.000 bulqar əsgəri ilə indiki Bolqarıstana girmişdir və Dunay deltasında məskunlaşmışdır.[1][2][3] 680-ci ildə Onqal döyüşündə Bizans imperatoru IV Konstantini məğlub edən Asparux ölkənin içlərinə doğru irəliləməyə başlamışdı.

Asparuxun qələbəsi ona dövlət qurmağa imkan verdi. Müasir Bolqarıstan ərazisində Yeddi slavyan tayfası ilə müttəfiq olan xan 681-ci ildə imperator tərəfindən müstəqil hökmdar olaraq tanındı. Onun dövründə PliskaSilistra şəhərləri salınmışdı. 701-ci ildə vəfat etmişdir.

Asparux xan haqqında 1981-ci ildə Aszparuh trilogiyası çəkilmişdir. Asparux rolunu Stoyko Peyev ifa etmişdir.

  1. "Васил Н. Златарски. История на Първото българско Царство. Епоха на хуно-българското надмощие с. 188". 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-21.
  2. Ал. Бурмов, Създаване на Българската дъжава с. 132.
  3. "Образуване на българската народност. Димитър Ангелов (Издателство Наука и изкуство, "Векове", София 1971)с. 203—204". 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-21.