Kuinci adına İncəsənət Muzeyi

Kuinci adına İncəsənət Muzeyi (ukr. Художній музей імені Куїнджі) – Ukraynanın Mariupol şəhərində yerləşmiş keçmiş incəsənət muzeyi.[1] Mariupol şəhərində anadan olmuş rəssam Arxip Kuincinin həyat və yaradıcılığına həsr olunub. Muzeyin açılışı 30 oktyabr 2010-cu ildə baş tutsa da, onun yaradılması XX əsrdə təklif edilmişdir.

Kuinci adına İncəsənət Muzeyi
Xəritə
Əsası qoyulub 2010
Bağlanıb 21 mart 2022
Ölkə
Yerləşir Mariupol
47°05′33″ şm. e. 37°33′00″ ş. u.HGYO

Muzey 21 mart 2022-ci ildə Mariupolun mühasirəsi zamanı hava hücumu nəticəsində dağıdılmışdır. Hava hücumu zamanı Kuincinin üç orijinal əsəri muzeydə olmasa da, digər rəssamların əsərləri var idi.[2]

Mariupol şəhərində Arxip Kuinciyə həsr olunmuş muzeyin yaradılması ilk dəfə 1914-cü ildə təklif edilmişdir. Muzey üçün ilkin əsərlərin Kuinchi Rəssamlar Cəmiyyəti tərəfindən verilməsi planlaşdırmış, lakin Birinci Dünya Müharibəsi qərarın qəbul edilməsini gecikdirmişdir. 1960-cı illərdə muzeyin yaradılması ideyası bir daha müzakirə olunmuş, lakin muzey üçün maliyyə vəsaiti tapılmamış, nəticədə, bunun əvəzinə Kuinci Sərgi Mərkəzi açılmışdır. 1997-ci ildə muzeyin yaradılması üçün işlərə başlanılmış və 2008-ci ildə bərpa işlərinə start verilmişdir.[3]

Muzey 30 oktyabr 2010-cu ildə Mariupol Diyarşünaslıq Muzeyinin filialı kimi açılmışdır.[4] Muzey 1902-ci ildə Real məktəbinin qurucusu ilə evlənmiş Valentina Qacinovaya toy hədiyyəsi kimi tikilmiş binada yerləşirdi.[5] 2015-ci ildə muzeydə Kuincinin anadan olmasının 175 illiyi qeyd olunmuşdur.[6] 2019-cu ildə Fransanın Ukraynadakı səfiri İzabella Dümon muzeyi ziyarət edərək Kuincinin yaradıcılığını yüksək qiymətləndirmişdir.[7]

Muzey 21 mart 2022-ci ildə Mariupolun mühasirəsi zamanı həyata keçirilmiş hava hücumu nəticəsində dağıdılmışdır. Kuincinin üç orijinal əsəri hava hücumu zamanı muzeydə olmasa da, digər rəssamların əsərləri var idi. Digər rəssamlara aid rəsm əsərlərinin taleyi məlum deyil. Bu rəssamlara İvan Ayvazovski, Mikola Hluşçenko, Tetyana Yablonska, Mixaylo Derequs, Andrii Kotska, Mikola Bendrik və Leonid Qadi aiddir.[2]

Kolleksiyalar və tədqiqatlar

[redaktə | mənbəni redaktə et]

Muzeyin incəsənət kolleksiyasına 650 rəsm əsəri, 960 qrafik iş, 150 heykəl və 300-dən çox dekorativ sənət əsəri daxildir.[5] Bu kolleksiyanın böyük hissəsi XX əsrdə Mariupol Yerli Tarix Muzeyi tərəfindən hazırlanmışdır.[3]

Muzeydə Kuincinin üç orijinal əsəri, eləcə də, əsərlərinin surətləri saxlanılırdı.[7] Bu orijinal əsərlər 1960-cı illərdə Dövlət Rus Muzeyi tərəfindən Mariupoldakı yerli tarix muzeyinə hədiyyə edilmiş "Qırmızı Qərb", " Payız – Krım" və "Elbrus" eskizləridir. Onların hazırda harada olduğu bilinmir.[5][2]

Muzeydə Kuinchinin həyatına aid sənədlər, habelə, 1841-ci ilə aid Ukraynada doğum haqqında şəhadətnaməsinin surəti saxlanılır.[8] Muzeyin kolleksiyasına Viktoriya Kovalçuk[9], həmçinin İvan Ayvazovski, Vasili Vereşagin, İvan Şişkin və başqalarının əsərləri daxildir.[3]

  1. "The Art museum A.I. Kuinji". mariupolrada.gov.ua. İstifadə tarixi: 2022-03-11.
  2. 1 2 3 "Mariupol museum dedicated to 19th-century artist Arkhip Kuindzhi destroyed by airstrike". The Art Newspaper. 23 March 2022. 26 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 March 2022.
  3. 1 2 3 "МАРІУПОЛЬ ВІДКРИЄ НАРЕШТІ МУЗЕЙ АРХИПА КУЇНДЖІ". forumn.kiev.ua. 2014-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-11.
  4. "Mariupol Museum of Local Lore". Mandria. 2012-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 March 2022.
  5. 1 2 3 "Kuindzhi Art Museum • Mariupol is a tourist city" (ingilis). 2023-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-11.
  6. Kharchenko. ""I am Kuindzhi"". day.kyiv.uk. 21 December 2015. 2 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 March 2023.
  7. 1 2 "French Ambassador to Ukraine visits the Arkhip Kuindzi Museum in Mariupol". mariupolrada.gov.ua. 2023-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-11.
  8. "Український чи російський художник? У "Вікіпедії" "б'ються" за Куїнджі". Радіо Свобода (ukrayna). 2023-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-11.
  9. Замок, Високий. ""Майно Спілки художників розікрали, а мене виключили з її лав" — Високий Замок". wz.lviv.ua (ukrayna). 2018-05-08. 2023-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-11.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]