Kulic effekti

Kulic effektiBiologiyapsixologiyada bu terminin ifadə etdiyi fenomen ondan ibarətdir ki, erkək fərdlər cütləşməyə hazır olan yeni-yeni dişi fərdlərlə rastlaşdıqda onların cinsi aktivliyi davamlı olaraq yüksək səviyyədə qalır. Bu fenomen sınaq olunan bütün heyvanlarla bağlı özünü doğruldub.

İzahı[redaktə | mənbəni redaktə et]

Yeni dişi fərdlə rastlaşma erkək fərdin beynində dopamin neyromediatorunun ifrazında artıma, bununla da limbik sistemin yenidən və yenidən fəallaşmasına səbəb olur. Bundan sonra erkəklər yalnız yeni dişi ilə deyil, əvvəlki dişilərlə də cütləşmə potensialını yüksək səviyyədə saxlayırlar. Laster və Qorzalka bu fenomenin dişilərdə necə təzahür olunduğunu yoxlamaq üçün eksperimentlər aparmış, onun dişilərə də aid olduğunu (lakin erkəklər qədər deyil) aşkar etmişlər.

Terminin tarixi[redaktə | mənbəni redaktə et]

"Kulic effekti" adlanması Amerikada populyar olan lətifə ilə bağlıdır. Lətifənin məzmunu:

1920-ci illərdə ABŞ prezidenti olmuş Kalvin Kulic həyat yoldaşı ilə birlikdə quş fermasını ziyarət edərkən xanım Kulic fermerdən soruşur:

- Necə olur ki, az sayda xoruz bu qədər toyuğun mayalı yumurta verməsini təmin edə bilir?
Fermer:
- Xoruzlar hər biri öz funksiyasını gün ərzində yüz dəfələrlə yerinə yetirir, ona görə.
Bu cavabı eşidən xanım Kulic zarafatla deyir:
- Siz bunu cənab Kulicə daha ətraflı izah etsəniz, pis olmaz.
Bu atmacanı eşidən prezident fermerdən soruşur:
- Xoruzlar hər dəfə eyni toyuğu mayalandırır?
Fermer:
- Xeyr, hər xoruza çoxlu sayda toyuq düşür.
Prezident:
- Siz bunu xanım Kulicə daha ətraflı izah etsəniz, pis olmaz.

Mənbə[redaktə | mənbəni redaktə et]