Kultera şamı

Pinus coulteri (lat. Pinus coulteri) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.

Kultera şamı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Cənubi Kaliforniya dan Monte Diabloya qədər sahilyanı dağlarda, quru yamaclarda və çınqıllarla örtülmüş təpələrdə tək-tək və ya kiçik qruplarla bitir, sahilyanı rayonlarda, dəniz səviyyəsindən 800-1500 m hündürlükdə zolaqlar əmələ gətirir. Hündürlüyü 40 m-ə, gövdəsinin diametric 120 sm-dək olan ağacdır. Qabığı qalın, tünd qonur, dərin şırımlı, enli, hamar hissəlidir. Budaqları yuxarı qalxandır. Çətiri ensiz, pyramidal olub, simmetrik deyildir. Zoğları qalın, qonur rəngli olub, bir neçə Buğumarasından ibarətdir, xırda yarpaqları qırışlı qalıqlıdır. Tumurcuqları iri, yumurtavarı olub, ucu bizdir, uzunluğu 4 sm-ə qədərdir, möhkəm yapışmış qabıqlıdır. İynəyarpaqların uzunluğu 15-30 sm-dir, tünd-mavi-yaşıldır. Alt tərəfi hamardır, xırda dişli, ucu sarımtıldır, 3-5 ədədi bir yerə yığılmış olur. Qozaları yumurtavarı-konusvarı, uzunluğu 20-35 sm, eni 10-12 sm-dir, açıq-sarı-qonur rəngli olub, qatranlıdır, qısa saplaqda yerləşərək aşağı əyilir. Toxum qabıqları qalın, qabarıqdır. Toxum qabıqlarının ucları bizdir, qozanın ucuna doğru istiqamətlənmiş, bünövrəyə tərəf əyilmişdir. Toxumları ellipsvaridir, uzunluğu 15-20 mm, eni 5-8 mm-dir, tünd-qonur, təxminən qara rəngli olub, ortası enli qanadlıdır. Tez böyüyür, dekorativ məqsədlə geniş becərilir. Toxumları yüksək cücərmə qabiliyyətinə malikdir. 1 kq-da 3000 toxum olur. Oduncağı yumşaq, yüngül, tez sınandır, xüsusi çəkisi 0,41 qr-dır, dərin lifli, qatranlıdır, az qiymətlidir, ancaq yanacaq üçün istifadə edilir. Toxumları yeməlidir. Çəkisi 1 kq olan iri, dekorativ qozaları vardır. Son dövrlərdə AbşeronLənkəran mədəni şəraitdə becərilir. Respublikamızda quru yamacların, bağların və parkların yaşıllaşdırılması üçün yararlıdır.


Məlumat mənbələri

[redaktə | mənbəni redaktə et]
  1. Деревья и кустарники СССР. т.3.1954;
  2. Флора Азербайджана. т.5. 1954;
  3. Azərbaycanın ağac və kolları. III cild. 1970;
  4. Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996;
  5. Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.
  6. “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.
  1. “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.