Kumis (fars. قومس, q.yun. Κωμισηνή) — İslamdanqabaqkı İranda, Əlburz dağlarının cənub su hövzəsi ilə Dəşti-Kəvir çölünün şimal hüdudları arasında vilayət.[1] Sasanilər dövründə Rey və Gürgan vilayətləri arasında yerləşən əraziyə aid edilirdi. Kumis orta əsrlərdə İranın kiçik bir vilayəti olaraq qalmışdır. Vilayətin qərb sərhədləri Reyin şərqindəki şəhərətrafı ərazilərində, şərq sərhədləri isə Xorasanda idi.[2] Xorasan yolu ilə yarıya bölünən vilayətdə Xoara (indiki Aradan), Simnan, Şəhr-i Kumis (indiki Damğan), Bəstam və Biyar (indiki Biyarcümənd) şəhərləri yerləşirdi. 856-cı ildə Kumisdə baş verən zəlzələ nəticə 200 minə yaxın insan həlak olmuşdur. Bu, bəşər tarixində qeydə alınmış ən ölümcül zəlzələlərdən biri olmuşdur. Vilayətdə ismaililər tərəfindən tikilmiş bir neçə qala var ki, onların əksəriyyəti işğalçı monqollar tərəfindən ələ keçirilmişdir. "Kumis" adı XI əsrin əvvəllərindən köhnəlməyə başlamışdır. Hal-hazırda region indiki Mazandaran və Simnan ostanları arasında bölünmüşdür.[1]
Kumis | |
---|---|
Ölkə |