Kurıkanlar

Kurıkanlar və ya quliqanlar — VI–XIII əsrlərdə Baykal gölü hövzəsində yaşamış Orxon-Yenisey abidələrində adı çəkilən türk tayfalarından biri. [1]

Çinin Yuan səlnaməsi kurıkanları teles tayfa qrupuna aid edir və onların dili qırğızlarından dilindən fərqli olduğunu göstərir. Bir halda ki, kurıkanların yakutların əcdadı, xakasların isə qırğızların varisi olduğu müəyyən edilmişdir: hər iki dil lüğət tərkibinə və fonetikaya görə son dərəcə fərqlənir, "başqa xalqa mənsub olan xalqlar" barədə məlumat toplayan təcrübəli Çin zabitlərinə belə qrammatik quruluşdakı oxşarlıq arasındakı fərqlər gözə görünməli idi. Buna görə də kurıkanları teles tayfası qrupundan ayırmağa əsasımız yoxdur.

Kurıkanların dili Somoyed dili ilə Əski türk dilidir. Onların yazıları isə Orxon-Yenisey yazılarıdır.

Çin mənbələrində Kurıkanların vətəni olaraq Baykal gölünün şimal hissəsi göstərilir. XI əsr müəlliflərinədn Qardizi yazmışdır ki, Yeniseydə yerləşən qırğız xaqanının qərargahından Furi ölkəsinə (yəni kurıkanlar yaşayan əraziyə) yol gedir.[2]

Mənbələrdə Kurıkan və ya Üç Kurıkan adlandırılan kurıkanlar eramızın I minilliyinin ortalarında üç tayfadan ibarət olmuşdular. Hər tayfanın başında "siqin" adlnan hakim dururdu. Orxon türk yazılarında kurıkanlardan bəhs olunarkən bildirilir ki, Bumın xaqanın dəfnində onların da nümayəndələri iştirak etmişdi. Bu hadisə 552 və ya 553-cü ilə təsadüf edir.

Sonrakı əsrlərdə kurıkanlar uyğurların və oğuzların Orxon çayı hövzəsində yaşayan başqa xalqlara qarşı mübarizəsində fəal iştirak etmişdirlər. Kül-Tigin şərəfinə qoyulan run yazısında qeyd edilir ki, qırğızlar, kurıkanlar, tatarlar, kitaylar onun düşmənləri idilər. Burdan aydın olur ki, Orxon türkləri kurıkanlara zəhmli qüvvə kimi baxırdılar.

Arxeoloji tapıntılar

[redaktə | mənbəni redaktə et]

Kurumçin mədəniyyəti

[redaktə | mənbəni redaktə et]

İlk dəfə 1912–1914-cü illərdə Baykal gölü ətrafında və Olxon adasının şimal hissəsində — indiki yakutların yaşadıqları ərazi — aparılan arxeolji qazıntılar nəticəsində heyvandarlıqla xüsusilə də qaya rəsmlərində də görüldüyü kimi atcılıqla məşğul olan, Kurumçi mədəniyyəti adlanan bir dövrə aid maddi mədəniyyət nümunələrinin aşkar edilməsi elm aləmində bu mədəniyyətin kimlər tərəfindən yaradılması barədə suallar doğurmuşdur. [2]

Baykal gölü ətrafındakı VI–X əsrlərə aid arxeolji mədəniyyət arxeoloq A.P. Okladnikova görə məhz kurıkanlara aiddir. Bu arxeoloji mədəniyyətə məxsus maddi mədəniyyət nümunələri Baykalın hər iki tərəfinə səpələnmişdir. Kurıkanların soyuq üsulla emal etdikləri dəmirin tərkibində 99,45 faiz metal vardı. Buna görə də həmin dəmir asan şvə çox möhkəm idi. Kurıkanlar bıçaq, ox və cida ucluqları düzəldir, partlamış qazanları dəmir yamaq qoyma üsulu ilə təmir edirdilər.

Kurıkanlar Lena və Anqara yaxınlığında heyvandarlıqla məşğul olan bir türk qəbiləsi idi. Əldə edilən bütün maddi mədəniyyət qalıqları, at, inək, öküz sümükləri onların heyvandarlıq əsasən də böyük baş heyvan yetiştirməklə məşğul olduqlarının sübutudur.

Türk Bozqır mədəniyyətini əks etdirən kurıkanların qaya rəsmlərində maral, keçi kimi ov heyvanları o cümlədən, ov səhnələri  də rəsm edilmişdi. Bu kurıkanların maldarlıqla yanaşı ovçuluqla da məşğul olduqlarının göstərir.[1]

“Kurumçi dəmirçiləri” adlandırılan kurıkanlar həm də çox yaxşı dəmirçilər idilər. Onların məskunlaşdığı ərazidə özlərinə məxsus dəmirçixanaları varidi. Onlar əridilmiş metaldan bıçaq, mizraq və ox ucluqları hazırlayırdılar.

Kurıkanların əsas məşğuliyyətlərindən biri atçılıq idi. Çin mənbələrində kurıkan atlarından bəhs olunarkən bu atlaırn boyunlarının dəvə boyunu kimi uzun, gövdələrinin isə iri və qüvvətli olduğu söylənilir. Kurıkanların 647-ci ildə Çin sarayına hədiyyə olaraq göndərdikləri 10 atın müxtəlif adları varidi.

Qaya rəsmlərində bir çox döyüş səhnələri də varidi ki, bu da kurıkanların döyüşçü qəbilələr olduğunu göstərirdi. Kurıkanların ordusunda 15 min əsgər döyüşürdü.

Onlar Baykal hövzəsində həm oturaq həm də köçəri həyat sürürdülər. Onlar bu ərazidə əkinçiliklə məşğul olan ilk tayfalar idi. Kurıkanlar qış vaxtı heyvanları su ilə təmin etmək üçün Kuda çayından su kanalı çəkmişdilər. Anqarada İrktusk, Balaqa ətrafında və Kuda bozqırında elə cə də  Unge, İde, Ose və İlge bölgələrində kurıkanlara aid yaşayış məskənləri tapılmışdır.

  1. 1 2 Qumilyov, Lev. Qədim Türklər. Bakı: Gənclik. 1993.
  2. 1 2 Əsməd Muxtarova Türk xalqlarının tarixi (qədim dövrlərdən günümüzə qədər). Türk xalqlarının tarixi (qədim dövrlərdən günümüzə qədər). Bakı: Adiloğlu. 2012.