Orxon abidələri

Orxon-Yenisey abidələri — Orxon-Yenisey abidələrini isveç zabiti Filip Stralenberqin tapıntılardan sonra bu yazılarla tədqiqatçılar daha çox maraqlanmağa başladılar. Türk xalqlarına məxsus üzərində qədim türk yazıları olan abidədir. Bu abidənin adı ilk dəfə XII əsr tarixçisi Ələddin Ata Məlikin "Cüveyni-tarixi-cahangüşə" əsərində çəkilir. Orxon çayı sahilində tapıldığına görə bu cür adlandırılıb və qədim türk tayfaları tərəfindən düzəldilmişdir. Orxon abidələri qədim türk dilini öyrənmək baxımından olduqca vacibdir. Orxon abidələrinə Ongin, Gül-Tigin, Bilgə xaqan, Tonyukuk, Kuli-Çor, Moyun-Çor, İşe-Ashet, Hoytu-TəmirSuci abidələri daxildir.[1] Abidəni tərcümə edən danimarkalı alim Vilhelm Tomsendir.

Abidənin aşkar olunması

[redaktə | mənbəni redaktə et]

Orxon-Yenisey abidələrinin mövcudluğu uzun müddət Avropa ölkələrində və Rusiyada məlum olmamışdı. Onları ilk dəfə XVIII əsrin əvvəllərində Rusiya ilə İsveç arasında baş vermiş müharibədə Poltava döyüşündə əsir düşmüş İsveç zabiti Filipp Starlenberq üzə çıxarmışdı. O, 13 il Sibirdə Tobol əyalətində yaşamış, həmin ərazinin keçmiş xalqları haqqında materiallar toplamış, həm də Orxon-Yenisey abidələrinin üzünü çıxarmış və vətənində dərc etdirmişdi.

Türkcənin bilinən yazılı ilk nümunələri VIII əsrin əvvəllərinə aid olan və Orxon vadisində olan, buna görə də Orxon abidələri və ya Orxon-Yenisey Abidələri olaraq adlandırılan kitabələrdir. Bu kitabələr Türkcənin, tarixi müddətdəki qrammatik quruluşu və bu quruluşun dəyişməsiylə əlaqədar məlumatlar verdiyi kimi, türklərin dövlət anlayışı ilə rəhbərliyi, türklərin mədəni elementləri, türklərin qonşuları ilə soydaşlarıyla olan əlaqələri və ictimai həyatıyla və s. əlaqədar əhəmiyyətli məlumatlardan ibarətdir.[2]

Orxon abidəsi

Yazının tərcüməsi

[redaktə | mənbəni redaktə et]

Kültigin və Bilgə xaqan doğma qardaş olublar. 731-ci ildə Kültigin döyüşdə həlak olur. Onun ölümünə kədərlənən Bilgə xaqan onun şərəfinə qəbirüstü abidə ucaldır. Abidə qardaşların hərbi istedadadından, qələbələrindən danışır. Sonradan Bilgə xaqan özü üçün də abidə ucaltmışdır. Bilgə Xaqan abidəsini Azərbaycancaya tərcümə etdikdə, belə deyilir:

Türk Oğuz Bəyləri, eşidin! Üstdə göy çökmədikcə, altda yer dənizi deşmədikcə, elini, mərasimi kim poza bilər?!
Ey Türk Milləti! Özünə dön. Səni yüksəltmiş Bilgə Xaqanına, azad və müstəqil ölkənə qarşı səhv etdin, pis vəziyyətə saldın.
Millətin adı yox olmasın deyə, Türk milləti üçün gecə yatmadım, gündüz oturmadım. Qardaşım Gül-Tigin və iki Şad ilə öləsiylə bitənə çalışdım…
"Edgü bilge kişi edgü alp kişi yorıtmaz ermiş." "İyi bilgili insanı, iyi cesur insanı yürütmezmiş." "…ıraḳ erser yablaḳ aġı birür, yaġuḳ erser edgü aġı birür tip ança boşġurur ermiş." "…uzak ise kötü mal verir, diyip öyle öğretiyormuş.
  1. Ross, E. Denison. "The Orkhon Inscriptions: Being a Translation of Professor Vilhelm Thomsen's Final Danish Rendering". Bulletin of the School of Oriental Studies, University of London. 5 (4). 1930: 861–76. doi:10.1017/S0041977X00090558. ISSN 0041-977X. JSTOR 607024.
  2. Erdem, KONUR,"ORHUN YAZITLARINDA SOSYAL VE SİYASİ MESAJLAR Arxivləşdirilib 2016-09-23 at the Wayback Machine", Edebiyat ve Sanat Akademisi

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]