Kuril adaları problemi

Mübahisəli adalar.

Kuril adaları problemi və ya Şimal torpaqları problemiYaponiya ilə Rusiya arasında Cənubi Kuril adaları üzərində davam edən anlaşılmazlıq.[1]

Arxaplan[redaktə | mənbəni redaktə et]

1949-cu ildə İkinci dünya müharibəsindən sonra SSRİ-nin adaları işğal etməsi və orada yaşayan Yaponiya vətəndaşlarının adadan çıxarılması Kuril adaları probleminin əsasını qoymuşdur.[1]

İkinci dünya müharibəsinin sonunda ABŞ-nin Yaponiyanı işğalı etməsi nəticəsində Yaponiya 1951-ci ildə San-Fransisko müqaviləsinə imza atmaq məcburiyyətində qalmışdır. Bu müqaviləyə əsasən, Yaponiya Kuril adaları üzərində olan bütün haqqlarından imtina edirdi. Amma keçmiş SSRİ bu müqaviləni imzalamadığına görə o, etibarsız sayıldı.[1]

1956-cı ildə keçmiş SSRİ Şikotan və Habomay adalarını Yaponiyaya qaytarmağı qəbul etmişdir. Bu adalar Yaponiyanın tələb etdiyi torpağın 7 faizi idi və digər adaların adları isə siyahıda yox idi. Eyni həll yolunu Rusiya 1993, 2001 və 2006-cı ildə yenidən təklif formasında Yaponiyaya bildirsə də, Yaponiya bu təklifi qəbul etməyəcəyini bəyan etdi.[1]

2005-ci ildə Avropa Parlamentində Çin, Tayvan və Uzaq Şərq ilə münasibətlər haqqında qəbul edilən qərarın 15-ci bəndində Rusiya tərəfindən işğal edilən Kuril adalarının Yaponiyaya verilməsi qeyd edilsə də, bu tələbə Rusiya heç bir münasibət bildirməmişdir.[1]

Yaponiyanın baş naziri Şinzo Abenin Vladimir Putin ilə Moskva görüşündən sonra məsələnin həll yolu üçün hər iki dövlətin çalışacağı kimi bəyanatlar səsləndirilsə də, nəticəsiz qalmışdır. Hələ üstəlik bu görüşdən sonra Rusiyanın torpaqları qaytarmaq yerinə daha çox torpaq qazanmaq niyyətində olduğu üzə çıxmışdır.[1]

Nəticə etibarilə bu məsələnin hələ uzun müddət həll yolunu tapmayacağı və yalnız, Rusiyanın bütün Kuril adalarını geri qaytaracağı təqdirdə sülh müqaviləsi imzalanacağı gözlənilir. Rusiyanın təkidlə torpaqların yalnız 7 faizini qaytara biləcəyini deməsi, Yaponiyanın isə bütün torpaqlarını geri istəməsi məsələni daha da qarışıq hala salır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 "70 ildir ki həlli tapılmayan Yaponiya-Rusiya problemi: Çişima adaları". Yapon.az (az.). 6 iyun 2018. 2020-11-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2018.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]