Kurort və ya Dördüncü göl — Kabara-Balkariya Respublikasında, Nalçik şəhərində süni göl. XX əsrin ortalarında Nalçik şəhər parkında süni olaraq yaradılan dört göldən dördüncüsü..
Kurort | |
---|---|
rus. Куро́ртное | |
Ümumi məlumatlar | |
Tipi | şirin |
Mütləq hündürlüyü | 577 m |
Dərin yeri | 7 m |
Orta dərinliyi | 3 m |
Yerləşməsi | |
43°45′ şm. e. 43°58′ ş. u. | |
Ölkə | Rusiya |
|
Kurort gölü Nalçik şəhərinin cənub hissəsində, Dolinsk kurort rayonu ərazisində yerləşir. Gölün dəniz səviyyəsindən hündürlüyü 577 metrdir. Göl cənubdan və şərqdən Meşəli silsiləsi ilə əhatələnib.[1]
Kurort gölü 1960-cı ildə süni şəkildə yaradılıb. Göl ümumən Böyük Kizilovka dağının şimal ətəklərində yerləşir. Göl Nalçik dağ çayının suyu ilə doldurulur. Çayın gölün cənub-şərqindən axır. Gölün maksimal dərinliyi ilin fəsillərindən asılı olaraq dəyişilir. Yayda maksimal dərinlik 7 metr olur. Gölün orta dərinliyi 3 metrdir. Yazda və payızda maksimal dərinlik 4-5 metr arasında dəyişir. Qış aylarında göl suyu axıdılaraq təmizlik işləri aparılır. Son illər maliyə çatışmamazlığı və mövcud digər layihələrə görə göl suyunun təmizlənməsi müntəzəm aparılmır. Şəhərdə olan digər göllər artıq tam qurumuş haldadır. Kurort gölünün ərazisində isə xüsusi otellər tikilmək planlaşdırılır. Nəticədə göl sahəsi kiçilməli və qurumaq təhlükəsi yaranacaq. [2]
Şəhər parkında olan dörd göldən ancaq Kurort gölündə çimməyə icazə verilir.[3] Çimərlik mövsümü mayın sonundan oktyabrın əvvəlinə kimi davam edir. Gölün şimal və şərq sahillərində uşaq çimərliyi üçün nəzərdə tutulub və xüsusi qurğular mövcuddur. Çimərlik mövsümündə xüsusi xilas edici xidmət fəaliyyət göstərir. Göl ətrafında ağlar söyüdü ağacları əkilib.
Göldə müxtəlif əyləncə formalarından istifadə edərək istirahət etmək mümkündür. Göl suyunda katamaran, qayıq və su velosipedi fəaliyyət göstərir.
1990-cı illərin ortalarından göl üzərindən kanat yolu fəaliyyət göstərməyə başlamış. Kanat xətti Böyük Kizilovka zirvəsinə gedirdi. 2014-ci ildə kanat yolu təmir edilərək yeniləndi.
Göl ətrafının iqlimi dağlıq iqlimdir. İyul ayının orta aylıq temperaturu +25°…+28° olur. Qış ayları sərt keçir. Yanvar ayının orta temperaturu −3°…-5°С arasında dəyişir. Orta illik yağıntının miqdarı 600 mm-dir.