Kut qəzası

Kut qəzası (ərəb. قضاء الكوت‎) — İraq Respublikasının Vasit mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Kut şəhəridir.

Kut qəzası
32°33′ şm. e. 45°48′ ş. u.
Ölkə
Xəritəni göstər/gizlə
Kut qəzası xəritədə
Kut qəzası
Kut qəzası

Ərazisi[redaktə | mənbəni redaktə et]

2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 5.144 km² ərazini əhatə edir.[1][2]

Əhalisi[redaktə | mənbəni redaktə et]

2003-cü ilə olan rəsmi təxminə əsasən qəza əhalisi 374.457 nəfər idi.[2] Eyni təxminlərə görə bütün Vasit mühafazasında 913.386 nəfər əhali yaşamışdır.[2] Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Kut qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 41%-ni təşkil edirdi.

Etnik tərkibi[redaktə | mənbəni redaktə et]

Qəzada əhali əsasən şiə ərəblərdən, qismən isə türkmanlardan ibarətdir. Qəzada yaşayan türkmanlar Karakol tayfasına (ərəbcə: عشيرة ألبو كراغول) mənsubdurlar.[3] Sayları 200 min nəfərdən çox olan bu tayfanın nümayəndələri həmçinin Bağdad mühafazasında, Əziziyə qəzasında, Naməniya qəzasındaBedra qəzasında məskunlaşıblar.[3]

Danışılan dillər[redaktə | mənbəni redaktə et]

Qəzada yaşayan əhali əsasən ərəb dilində, qismən isə azərbaycan dillərində danışır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "الوحدات الإدارية ومساحتها كما في 2009". 2019-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-25.
  2. 1 2 3 Iraq population statistics Arxivləşdirilib 2015-04-20 at the Wayback Machine in GeoHive Global Statistics Arxivləşdirilib 2012-04-03 at the Wayback Machine. United States of America, Arizona, Phoenix.
  3. 1 2 Zaman Gazetesi Arxivləşdirilib 2014-03-26 at the Wayback Machine: Arşivinden—>Türkmen aşiretleri Türkçeyi kurslarda yeniden öğrenecek Arxivləşdirilib 2012-04-07 at the Wayback Machine<—haberi; haberin yayınlanma tarihi: 28.11.2003, yazar: Ahmet Dinç / Bağdat