Kuttinirpaak Milli Parkı (ing. Quttinirpaaq National Park) — Kanadanın şimalında yerləşən milli parkı. Elsmir adasınının cənub-şərqində, Nunavut əyalətinin Kikiktaluk bölgəsində yerləşir. Kanadanın ən şimalda yerləşən milli parkıdır. Dünya üzrə isə Şimal-şərqi Qrenlandiya Milli Parkından sonra dünyada ikinci ən şimalda yerləşən milli parkdır. İnuktitut dilində "Kuttinirpaaq" "dünyanın ucu" deməkdir. 1988-ci ildə Elsmir Adası Milli Parkı kimi qurulmuşdur. 1999-cu ildə indiki adını almışdır.[1] 2000-ci ildə tam olaraq milli park statusu almışdır.[2] Vud Buffalo Milli Parkından sonra Kanadanın ikinci ən böyük milli parkıdır.[3]
Kuttinirpaak Milli Parkı | |
---|---|
ing. Quttinirpaaq National Park | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 37.775 km2 ha |
Yaradılma tarixi | 1988 |
İdarəetmə orqanı | Kanada Parkları |
Dağ | Barbo dağı |
Yerləşməsi | |
82°13′ şm. e. 72°13′ q. u.HGYO | |
Ölkə | Kanada |
Vilayət | Nunavut |
Rayon | Kikiktaaluk |
Yerləşməsi | Elsmir |
Yaxın şəhər | Rezolyut |
pc.gc.ca/fra/pn-np/nu/qu… pc.gc.ca/eng/pn-np/nu/qu… |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ərazisinin çoxunu buz və qayalar örtür. Ərazi az yağıntı yağan qütb səhrasıdır.
Yüksəkliklərin çoxu buzlaqlarla örtüldür. Buzlaqlar son buzlaşma dövründən bəri buradadır.
Nunavut bölgəsinin ən hündür zirvəsi olan Barbo zirvəsi (2616 metr) Kuttinirpaak Milli Parkındadır.
Burada lemminq, Artika dovşanı, müşk öküzü, Artika qurdu kimi heyvan növləri yaşasa da, seyrək bitki örtüyü və aşağı temperatur üzündən heyvanlar aləmi kasaddır. Milli parkda xeyli piri karibusu yaşayır. Charadrius semipalmatus, Calidris canutus, şunqar, Stercorarius longicaudus kimi quşlar yay aylarında milli parkda yuva qurur. Milli parkda ən geniş yayılmış bitki növləri otvari söyüd və Eriophorum callitrixdir. Bununla yanaşı ot bitkiləri və şibyələr də bitir. İqlimin daha mülayim olduğu Hazen gölününü ətrafında canlı aləm daha zəngindir.
Yerləşdiyi yerdən və kasıb flora və faunasına görə milli parkın Elsmir adası hissəsində heç vaxt əhəmiyyətli yaşayış məskəni olmamışdır. Hazen gölünün yaxınlığındakı Tonkuari fiordunun ətrafında insanların 5000 il əvvəl məskunlaşdığı sübut edilmişdir. Burada inuitlərin əcdadları olan dorsetlər və tulelər məskunlaşmıdılar.
Milli parkın şərqindən və adanın şimalından qetb ekspedisiyaları üçün başlanğıc nöqtəsi kimi istifadə olunur. Fort Konqer qədim Artika tədqiqat bazası olmuşdur və hazırda Federal Miras Binasıdır.[4]