Kuznetsov söyüdü

Kuznetsov söyüdü (lat. Salix kuznetzowii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Qafqazın nadir, endemik növüdür.

Kuznetsov söyüdü
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 6–7 m olan koldur. Yaşlı budaqları çılpaq, cavan zoğları ağ, sıx, tərs yumurtavarıdır. Dişicik çiçəkləri silindr-varı və nisbətən uzundur. Qonur rəngli çılpaq budaqları olan hündür koldur. Cavan budaqları ağ, keçə tüklüdür. Qabığı soyulmuş oduncağı hamardır, düyünləri yoxdur. Tumurcuqlarının uzunluğu 5 mm-ə qədərdir, rəngləri qonurdur, çılpaq və ya tüklüdür. Yarpaq saplaqlarının uzunluğu 1 sm-ə qədərdir. Yarpaqlarının uzunluğu 7–13 sm, eni 3–4 sm-ə qədər olub uzunsov və ya tərsinə yumurtaşəkilli və ya az-az hallarda ensiz ellipsşəkil-lidir. Yarpaqlarının yanları bütöv və ya qeyri bərabər dişlidir, üst tərəfi tünd-yaşıl, alt tərəfi ağımtıl keçətüklüdür. Yarpaqaltlıqları yarımürəkşəkilli, yanları dişlidir. Sırğaları yarpaq açdıqdan sonra və ya ondan qabaq çıxır; erkəkcik sırğaları yumurtavarı olub, uzunluğu 3 sm-ə qədərdir, dişicik sırğaları silindr şəklindədir, 4–7 sm uzunluqdadır, meyvələrin yanında 12 sm-ə qədər uzanır. Yumurtalığı ağ keçətüklüdür, ayaqcıq üzərindədir. 3–4 mm uzunluqdadır. Dişicik ağzı da sütuncuq kimi qırmızı-qəhvəyi rəngdədir. Meyvə qabıqcıqlarının uc hissəsi ilbizəoxşar qıvrımdır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə-meyvə əmələgətirmə dövrü iyun-iyul aylarına təsadüf edir. Kseromezofitdir, subalp qurşağında rütubətli yerlərdə, meşə qurşağının yuxarı hissəsində, subalp, qismən də alp qurşaqlarında (dəniz səviyyəsindən 1600–2000 m-ə qədər yüksəkliklərdə), daşlar arasında, tozağacı meşələrində rast gəlinir.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır, yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi təklif olunur. 

Qafqaz (Trialet vadisi), Dağıstanda təbii arealları vardır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Quba-Şabran rayonlarında, Qudyalçayın yuxarılarında rutubətli yerlərdə təbii halda yayılmışdır.

Böyük Qafqazın Quba sahəsidir. (Qudyalçayın yuxarı axarı, Qusar rayonu və Şahdağ silsiləsi arasında)

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır, yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi təklif olunur.