Lüdmila Buyeva

Lüdmila Panteleyevna Buyeva (rus. Людми́ла Пантеле́евна Бу́ева; 13 noyabr 1926, Bobrov[d], Voronej quberniyası[d]7 may 2020, Moskva[1]) — sovet və rus filosofu. Fəlsəfə elmləri doktoru (1968), professor, Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun baş elmi işçisi, Rusiya Təhsil Akademiyasının akademiki (1989).

Lüdmila Buyeva
Doğum tarixi 13 noyabr 1926(1926-11-13)
Doğum yeri
Vəfat tarixi 7 may 2020(2020-05-07) (93 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Elmi dərəcəsi
Elmi adları professor[d]
Təhsili
  • Moskva Dövlət Universitetinin Fəlsəfə fakültəsi[d]

Lüdmila Panteleyevna Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda uzun illər Dissertasiya Şurasının sədri olub. Təhsil fəlsəfəsi sahəsində tanınmış mütəxəssislərdən olub. Onun tədqiqat sahəsinə insanın fəlsəfi problemlərinə və şəxsiyyətin formalaşmasına, sosial mühitin şəxsiyyətin inkişafına təsiri daxil idi. Əsas əsərləri insanın fəlsəfi problemlərinə və şəxsiyyətin formalaşmasına həsr edilib.

Həyatı[redaktə | mənbəni redaktə et]

Lüdmila Panteleyevna Buyeva 1926-cı il noyabrın 13-də Voronej vilayətinin Şçuçye kəndində kəndli ailəsində anadan olub. İlk təhsilini Sçuçye kənd məktəbində alıb. 1945-ci ildə Varonej şəhərində tam orta məktəbi bitirdikdən sonra Moskvaya yola düşüb. Həmən ili Buyeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinə daxil olub.

1950-ci ildə Buyeva Moskva Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirərək orada aspiranturaya girib. 1955-ci ildə aspiranturanı bitirərək “Politexniki təhsilin həyata keçirilməsinin sosial-iqtisadi şərtləri” mövzusunda fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.[2]

Lüdmila Buyeva əmək fəaliyyətinə Stalinqrad Pedaqoji İnstitutunun fəlsəfə kafedrasında assistent vəzifəsində başlayıb. Sonra Moskva Dövlət Universitetinin Humanitar fakültələrin fəlsəfə kafedrasına qayıdıb. 1975-ci ilə qədər burada müəllim, sonra dosent, 1970-ci ildən isə professor vəzifələrində çalışıb. 1998-2004-cü illərdə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin professoru olub.

Buyeva 1968-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində “Sosial mühit və şəxsiyyət” mövzusunda fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.[3]

Lüdmila Buyeva uzun illər SSRİ Elmlər Akademiyasının Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda çalışıb. O, burda şəxsiyyətin fəlsəfi problemləri sektorunun müdiri, institut direktorunun müavini, institutun şöbə müdiri ictimai şüurun fəlsəfi problemləri şöbəsi, insanın fəlsəfi problemləri laboratoriyasının müdiri, Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun baş elmi işçisi vəzifələrini tutub.

Buyeva 1989-cu il yanvarın 27-dən SSRİ Pedaqoji Elmlər Akademiyasının akademiki, 1990-1991-ci illərdə Təhsil və Mədəniyyət şöbəsinin akademik-katibi olub.

Lüdmila Panteleyevna 2017-ci ilin fevralına qədər 40 ildən çox Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda çalışıb. Son illərdə o, antropoloji tədqiqatlar tarixi sektorunda baş elmi işçi vəzifəsində çalışıb. Uzun illər Dissertasiya Şurasının sədri olub. Təhsil fəlsəfəsi sahəsində tanınmış mütəxəssislərdən biri olub. Buyeva insanın fəlsəfi problemlərinə və şəxsiyyətin formalaşmasına, sosial mühitin şəxsiyyətin inkişafına təsirinə, insanın mənəvi qabiliyyətlərinin həyata keçirilməsində fəaliyyət və ünsiyyətin roluna, fərdi və sosial münasibətlərin nisbətinə həsr edilmiş tədqiqatlar müəllifidir. Lüdmila Buyevanın əsas əsərləri insanın fəlsəfi problemlərinə və şəxsiyyətin formalaşmasına həsr edilib.

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • VDNK medalı - ən yaxşı iş üçün "Sosial mühit və şəxsiyyət şüuru"
  • Təhsil Akademiyasının qızıl medalı.

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • Kommunizmə keçid prosesində fərdi şüurun formalaşması. M.: Moskva Dövlət Universitetinin nəşriyyatı, 1965;
  • Sosial mühit və şəxsiyyət şüuru. M., 1968;
  • “Sosial mühit və ahəngdar şəxsiyyətin formalaşması” (1971);
  • İnsan: fəaliyyət və ünsiyyət. M., 1978;
  • Sosial tərəqqi və humanizm. M., 1985;
  • İnsan amili: yeni düşüncə və yeni fəaliyyət. 1988;
  • İnsan cəmiyyətin ən yüksək dəyəri və əsas sərvəti kimi. M., 1991;

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Умерла российский философ Людмила Буева Arxivləşdirilib 2020-05-08 at the Wayback Machine // Ru:Известия, 08.05.2020
  2. Буева, Людмила Пантелеевна. Общественно-экономические условия осуществления политехнического обучения: Автореф. дис. ... канд. филос. наук / Моск. ордена Ленина и ордена Труд. Красного Знамени гос. ун-т им. М. В. Ломоносова. Философ. фак. — Москва : [б. и.], 1955. — 20 с.
  3. Буева, Людмила Пантелеевна. Социальная среда и личность: Автореферат дис. ... д-ра философ. наук. (620) / Моск. гос. ун-т им. М. В. Ломоносова. Кафедра философии гуманитарных фак. — Москва : [б. и.], 1968. — 36 с.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Алексеев, Пётр Васильевич. Философы России XIX—XX столетий. Биографии, идеи, труды (4-е изд.). М: Академический Проект. 2002.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]