Lüdmila Turişeva — Ukraynalı idman gimnastı. Dünya Çempionatının 7 qat qızıl, 2 qat gümüş və 2 qat bürünc medalçısıdır. Lüdmila Turişeva həmçinin Yay Olimpiya Oyunlarının 4 qat qızıl, 3 qat gümüş və 2 qat bürünc medalçısıdır. Lüdmila Turişeva "Lenin" ordeni və "Qırmızı əmək bayrağı" ordeninə layiq görülmüşdür.
Lüdmila Turişeva | |
---|---|
rus. Людмила Ивановна Турищева | |
Şəxsi məlumatlar | |
Tam adı | Lüdmila İvanovna Turişeva |
Vətəndaşlığı | Ukrayna |
Doğum tarixi | |
Doğum yeri | Qroznı, Rusiya SFSR |
Boyu | 160 sm |
Çəkisi | 52 kq |
İdman növü | İdman Gimnastikası |
Medallar |
|
15 may 2016 tarixində yenilənib. | |
Vikianbarda əlaqəli mediafayllar |
Lüdmila Turişeva 7 oktyabr 1952-ci ildə Rusiyanın Qroznı şəhərində anadan olmuşdur. Lüdmila Turişeva 1962-ci ildən idman ilə məşğul olur.
Lüdmila Turişeva 1977-ci ildə 2 qat Olimpiya çempionu yüngül atlet Valeri Borzov ilə ailə həyatı qurdu. Bu nikahdan Lüdmila Turişeva və Valeri Borzovun Tatyana adlı bir qız övladı var. Tatyana Borzova həyat yoldaşı ilə birgə Kanadanın Toronto şəhərində yaşayır.
Lüdmila Turişeva birinci uğurunu 1968-ci ildə Meksikada qazandı. O XVIII-ci Yay Olimpiya Oyunlarında 1 qızıl medal qazandı. Lüdmila Turişeva yeganə qızıl medalını Komanda yarışlarında qazandı. 2 ildən sonra isə o Yuqoslaviyanın Lyublyana şəhərində Dünya Çempionatında möhtəşən çıxış ilə yadda qaldı. Lüdmila Turişeva Komanda yarışlarında qızıl medal qazandı. Fərdi yarışlarında isə o çoxnövçülük və döşəmə yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Həlqə hərəkətlərdə isə Lüdmila Turişeva gümüş, dayqla tullanmada isə bürünc medal qazandı.
Lüdmila Turişeva 2-ci dəfə Olimpiya Oyunlarında 1972-ci ildə iştirak etdi. O Almaniyanın Münhen şəhərində 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazandı.