Lüksemburqlu Mariya (Fransa kraliçası)

Lüksemburqlu Mariya (fr. Marie de Luxembourg; 130526 mart 1324, İsudön) — Fransa kralı IV Çarlzın ikinci xanımı, FransaNavarra kraliçası.[1]

Lüksemburqlu Mariya
fr. Marie de Luxembourg
21 sentyabr 1322 – 26 mart 1324
ƏvvəlkiBurqundiyalı Blanş
SonrakıEvolu Janna
Şəxsi məlumatlar
Doğum tarixi 1305
Vəfat tarixi 26 mart 1324
Vəfat yeri
Fəaliyyəti queen[d]
Atası VII Henri
Anası Brabantlı Marqarita
Həyat yoldaşı IV Çarlz
Dini xristianlıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Atası Müqəddəs Roma imperatoru VII Henri, anası isə Brabantlı Marqaritadır. 1308-ci ildə Bavariya hersoqu I Rudolfun oğlu Lüdoviklə nişanlansa da, 1311-ci ildə varisin vəfatı səbəbilə bu nişan pozuldu. 21 sentyabr 1322-ci ildə Fransa kralı IV Çarlzla evləndirildi. Cütlüyün bu evlilikdən 2 övladı dünyaya gəlsə də, bu uşaqlar bir yaşlarında vəfat etdilər.

15 may 1323-cü ildə keçirilən tacqoyma mərasimiylə Fransa kraliçası elan edildi. 1324-cü ilin martında cütlük papanı ziyarət etmək məqsədilə Avinyona səyahət etdilər. Bu səyahət əsnasında hamilə olan Mariya, atdan yıxıldı və övladını itirdi. Ardından xəstələnən Mariya qısa zaman sonra 26 mart 1324-cü ildə vəfat etdi.

  • Jean-Marc Cazilhac: Jeanne d'Evreux, Blanche de Navarre : Deux reines de France, deux douairières durant la Guerre de Cent ans, Editions L'Harmattan, 2010, 178 p., p. 20
  • Christian Bouyer: Dictionnaire des Reines de France, Librairie Académique Perrin, 1992, p. 201
  • Bradbury, Jim (2007). The Capetians: The History of a Dynasty. Continuum International Publishing Group. ISBN 978-0826435149
  1. Gades, John A. (1951). Luxemburg in the Middle Ages. Brill