Evolu Janna (Fransa kraliçası)

Evolu Janna (fr. Jeanne d'Évreux; 13104 mart 1371) — Fransa kralı IV Çarlzın üçüncü xanımı, FransaNavarra kraliçası.[1]

Evolu Janna
fr. Jeanne d'Évreux
5 iyul 1324 – 1 fevral 1328
ƏvvəlkiLüksemburqlu Mariya
SonrakıBurqundiyalı Janna
5 iyul 1324 – 1 fevral 1328
ƏvvəlkiLüksemburqlu Mariya
SonrakıValualı Janna
Şəxsi məlumatlar
Doğum tarixi 1310
Vəfat tarixi 4 mart 1371
Dəfn yeri
Fəaliyyəti royalty[d]
Atası Evolu Lüdovik
Anası Artesli Marqarita
Həyat yoldaşı IV Çarlz
Uşağı Orleanlı Blanş
Dini xristianlıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Atası Fransa kralı III Filippin oğlu Lüdovik, anası isə Artesli Marqaritadır. 5 iyul 1324-cü ildə əmisi oğlu olan Fransa kralı IV Çarlzla evləndirildi. Qohum olan cütlüyün evlənə bilməsi üçün Papa XXII Condan xüsusi icazə alındı. 11 may 1326-cı ildə keçirilən tacqoyma mərasimiylə Fransa kraliçası oldu. Cütlüyün bu evlilikdən 3 qızı dünyaya gəlsə də, bunlardan yalnız biri yetkinlik yaşına çatdı.

1328-ci ildə əri IV Çarlz vəfat etdi və o əsnada hamilə olan Janna bir qız uşağı dünyaya gətirdi. Qızlarıyla birlikdə qalan ömrünü ərindən miras qalan mülklərində keçirən Janna sonrakı illərdə mühüm siyasi rollar oynadı.

4 mart 1371-ci ildə Paris yaxınlığında vəfat edən Evolu Janna Sen-Deni Bazilikasına dəfn edildi.

  • Jean-Marc Cazilhac: Jeanne d'Evreux, Blanche de Navarre : Deux reines de France, deux douairières durant la Guerre de Cent ans, Editions L'Harmattan, 2010, 178 p., p. 20
  • d'Avray, David (2015). Papacy, Monarchy and Marriage 860–1600. Cambridge University Press
  • Woodacre, Elena (2013). The Queens Regnant of Navarre: Succession, Politics, and Partnerships, 1274-1512. Palgrave Macmillan
  1. Bradbury, Jim (2007). The Capetians: The History of a Dynasty. Continuum International Publishing Group. ISBN 978-0826435149