Lüsi (film, 2014)

Lüsi (ing. Lucy) — 2014-cü ildə rejissor Luk Besson tərəfindən çəkilmiş, produserinin həyat yoldaşı Vircin-Besson Silla olduğu, Europacorp studiyasının disterbuturluğu ilə İngilis dilində çəkilmiş Fransa istehsalı olan elmi fantastika filmidir. Filmin çəkilişləri Taybey, ParisNyu York şəhərlərində baş tutub. Əsas rolları Skarlet Yohansson, Morqan Friman, Çoi-Min sik və Əmr Vaked ifa edirlər. Yohansson filmdə müəmmalı maddənin qarın boşluğuna yeridilməsindən sonra psixi qüvvəyə yiyələnən əsas qəhrəman rolunu oynayıb.

Lüsi
ing. Lucy
Filmin posteri
Filmin posteri
Janr Elmi fantastika
Əsas mövzu İnsan beyninin ancaq 10%-nın işlənməsi haqqında əfsanə, narkoticarət[d]
Rejissor Luk Besson
Prodüser Vircin Besson Silla
Ssenari müəllifi
Baş rollarda Skarlet Yohansson
Morqan Friman
Çoi-Min sik
Əmr Vaked
Bəstəkar Erik Serra
Montajçı Lük Besson
İstehsalçılar Universal Pictures
(ABŞ/Beynənxalq)[1]
EuropaCorp
(Fransa)[2]
Distribütor UIP-Dunafilm[d][5][6], Netflix
İlk baxış tarixi 25 iyul 2014
(ABŞ)
6 avqust 2014
(Fransa)
Filmin növü Bədii film
Müddət 90 dəqiqə[3]
Büdcə 40 milyon dollar[4]
Gəlir 463.4 milyon dollar[4]
Ölkə Fransa Fransa
Dillər İngiliscə
Koreyaca
Fransızca
İl 2014
Rəng rəngli
Çəkiliş yeri Taypey, Taybey 101, Rivoli küçəsi, Paris, Tayvan
IMDb ID2872732
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Film nümayişə başladığı 25 iyul 2014-cü il[7] tarixindən etibarən 463 milyon dollar gəlir qazanaraq öz 40 milyon dollarlıq büdcəsindən 11 dəfə asrtıq gəlir qazanaraq böyük uğur qazana bilib. Ümumilikdə film tənqidçilərdən müsbət rəy alıb. Xüsusilə də Yohansson yaratmış olduğu psixi qüvvəyə malik olan qadın rolu çox müsbət qarşılanıb.[8][9][10]

24 yaşlı Lusi adlı Amerikalı tələbə Tayvanda təhsil alır. Koreyalı dərman alveri ilə məşğul olan Mister Canq ilə əlaqəli olan yeni sevgilisi tərəfindən o da bu işin qurbanına çevrilir. Beləki sevgilisi ona içində CPH4 dərmanının olduğu çantanı şirkətə götürməyi xahiş edir. Lüsinin isə heç nədən xəbəri yoxdur. O isə əvvəl razı olmasada sonradan razılaşır. İçəridə gözlədiyi bir vaxt küçədə sevgilisinin güllələndiyini görür. Daha sonra isə təhlükəsizlik əməkdaşları tərəfindən içəriyə zorla aparılır. Gözlərini açdığı vaxt qarın boşluğunda yara olduğunu görür. Ona bildirilirki onun qarın boşluğuna bağlama yerləşdirilib hansı ki içində CPH4 dərmanı var. Bunun vasitəsi ilə onlar bu dərmanı Avropaya qaçaqmalçılıq ilə daşımağı planlaşdırırlar. Bir müddətdən sonra adamlardan biri Lüsinin olduğu hücrəyə gələrək onun vurmağa başlayır. Bu vaxt isə qarın boşluğunda olan bağlama cırılır və içindəki dərmanın bir hissəsi Lüsinin qanına keçir və bununlada o telekinesis eləcədə bəzi döyüş qabilliyətinə beyininin köməyi ilə yiyələnməyə başlayır. O həmin adamı öldürərək xilas olur.

Qaçdıqdan sonra isə xəstəxanaya gələn Lüsi əməliyyat otaqlarının birinə silahla daxil olur və həkimlərdən onun qarınındakı bağlamanı çıxartmalarını tələb edir. həkim ona o dərmanın qadınlarda hamiləlik vaxtı dölün inkişafı üçün yaranan və güclü olan elementlərdən ibarət olduğunu deyir və onun hələ də sağ qalmasının təəccüb doğurduğunu bildirir. Xəstəxanada işi qurtardıqdan sonra Lüsi Mister Canqın otelinə gələrək onun gözətçilərini öldürür və onun yanına gedərək sahib olduğu bacarıqla bir toxunuşda digər 3 insana yerləşdirilərək Avropaya göndərilmiş bağlamalarının yerini öyrənir.

Lüsi evə qayitdıqdan sonra ona bu mövzuda kimin və necə kömək edəcəyi barədə sürətli bir formada araşdırça aparır. Nəticədə tanınmış alimlərdən olan Professor Norman ilə əlaqə yaradır və ona sübut edir ki hər keçən zaman dilimində onun bacarıqları böyüməkdə davam edir. Daha sonra isə parisə üçaraq yerli polislərdən olan Pierre Dei Rio ilə əlaqə yaradır və ona dərmanlar və onların təyinatı barədə məlumat verir. Özü isə bu vaxt təyyarədə olarkən qəribə hadisə ilə üzləşir. Sanki onun bədəninin hissələri dağılmağa, toz şəklində buxarlanmağa başlayır. təlaşlı halda ayaq yoluna qaçan Lüsi əlində olduğu o dərmanlar vasitəsi ilə özünü toza çevrilməkdən xilas edə bilir. Bundan sonra polis Dei Rio ilə Professor Norman və əməkdaşları ilə görüşür. Norman ona hər şeyin elm ilə bağlı olduğunu bildirərək düzgün yolun onların elmə ötürülməsi olduğunu deyir. Lüsi hazırda bildiyi bütün şeyləri ona verəcəyi ilə razılaşır.

Professorun laboratoriyasında Lüsi sahib olduğu məlumatların bəzilərini onlar ilə paylaşır. Bu vaxt ərzində isə digər 3 insana yeridilmiş bağlamaları Lüsi ələ keçirə bilmişdir. Lüsi onların köməyi ilə bəzi avadanlıqları özünə birləşdirir və yeni nəsil kamputer yaratmağa başlayır. Bu vaxt isə Mister Canq və adamları içəriyə soxulmaq üçün polislər ilə və Rio ilə atışmadadırlar. Lüsi əyləşdiyi stolda demək olarki bütün keçmişə qədər hətta dünyanın yaranması zamanlarına qədər bütün hər şeyi öz gözləri ilə görür. Bu vaxt isə bədəni qara bir şey ilə tamamilə örtülmək üzrədir. Bu isə özünün 100% olduqda Lüsi yoxa çıxır. Yaratmış olduğu yeni nəsl komputerdə isə sahib olduğu bütün dünyanın məlumatları var və kamputer tərpənir içindən fləş çıxır. Norman fləşi götürür.

Atışmada həlak olan Mister Canqdan sonra Rio içəri daxil olur. Yalnız əməkdaşlardan başqa heç kəsi görmür. Lüsinin harada olduğunu soruşanda isə telefonuna mesaj gəlir və mesajda deyilir: "MƏN HƏR YERDƏYƏM." Sonda isə Lüsinin səsi eşidilir "Milyard illər əvvəl bizə həyat verildi. İndi sən onunla nə etməli olduğunu bilirsən."

  • Skarlet Yohansson — Lüsi, Tayvanda təhsil alan Amerikalı tələbə. İstəmədən sevgilisi tərəfində dərman alverinə cəlb edildikdən sonra bədəninə yerləşdirilmiş bağlamanın cırılaraq dərmanın qanına yayılmasından sonra super pxsixi qüvvəyə malik olmuşdur.[11]
  • Morqan Friman- Professor Norman[12]
Bessonun həyat yoldaçı produser Vircin Silla müsahibəsində Frimanın Normanı məharətlə oynaya biləcək peşakar aktyor olduğunu bildiyə inandığını bildirib.
  • Çoi-Min sik — Mister Canq[12]
  • Əmr Vaked — Pierre Dei Rio[12]
  • Culian Rehind Tut — Britaniyalı kobud adam
  • Pilou Asbek — Riçard, lüsinin sevgilisi[12]
  • Analeq Tipton — Karolin[12]
  • Nikolas Fonqfotet- Ci[12]

Lüsi Fransız kinosunda 49 milyon avroya başa gələn ikinci ən bahalı filmdir.[13] Bu film eyni zamanda 2000-ci ildə Luk Besson tərəfindən yaradılmış EuropaCorp şirkətinin ən böyük layihələrindən biridir.[14][15] Kinoşirkətin hesabatına görə film şirkətin kino tarixində ən yüksək gəlir əldə edib. Büdcəsinin 40 miyon dollar oduğu film Şimalı Amerikada 126.7 milyon dollar, digər ölkələrdə 336.7 milon dollar ümumilikdə isə dünya üzrə 463 milyon dollar qazanıb.

Lüsi filminin namizəd olduğu mükafatlar
İl Nəticə Mükafat Katoqoriya Namızəd
2014 Namizəd Alliance of Women Film Journalists Kick Ass Mükafatı Ən yaxşı qadın döyüş ulduzuna görə Skarlet Yohansson
2014 2-ci yer Village Voice Film Poll Ən yaxşı aktrisa
2015 Namizəd Saturn Mükafatı Ən yaxşı macəra və döyüş filmi Lüsi
Namizəd Broadcast Film Critics Association Mükafatı Döyüş filmində ən yaxşı aktrisa Skarlet Yohansson
Namizəd Yupiter mükafatı Ən yaxşı beynəlxalq aktrisa
Namizəd MTV Film Mükafatı Ən yaxşı qadın performansı
3-cü yer National Society of Film Critics Mükafatı Ən yaxşı aktrisa
Namizəd Visual Effekt Mükafatı Döyüş filmində ən yaşı təsvir olunmuş portret Riçard Bluff, Stefen Bevins , Stefen DeLuka, Tiffani Yanq
  1. "Arxivlənmiş surət". 2018-12-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-27.
  2. "Arxivlənmiş surət". 2018-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-27.
  3. "Arxivlənmiş surət". 2022-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-27.
  4. 1 2 "Arxivlənmiş surət". 2018-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-27.
  5. http://nmhh.hu/dokumentum/166259/premierfilmek_forgalmi_adatai_2014.xlsx.
  6. http://nmhh.hu/dokumentum/198182/terjesztett_filmalkotasok_art_filmek_nyilvantartasa.xlsx.
  7. "Arxivlənmiş surət". 2014-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-29.
  8. name="Gettell"
  9. name="Lombardi">Lombardi, Ken. ""Lucy," "Hercules" both get strength from critics". CBS News. 25 July 2014. 10 September 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 September 2014.
  10. name="Blackburn">Blackburn, Ralph. "Lucy, Limitless, Transcendence — Why the 'underused brain' is a film-makers' myth". Belfast Telegraph. 20 July 2014. 13 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 July 2014.
  11. name="Production notes">"Lucy Production Notes" (PDF). Universal Pictures. 1 August 2014 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 11 August 2014.
  12. 1 2 3 4 5 6 name="Production notes"
  13. "CNC — La Production cinématographique en 2013, bilan statistique des films agréés en 2013". 2017-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-27.
  14. ""Lucy" : Luc Besson casse sa tirelire pour Scarlett". 2014-08-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-27.
  15. name="bleedingcool1">Connelly, Brendon. "Luc Besson's Sci-Fi Superheroine Movie Lucy Will Spend EuropaCorp's Biggest Budget To Date". Bleeding Cool. 2 July 2013. 6 April 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 July 2014.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]