Lüter Corc Simciyan (ing. Luther Simjian; 28 yanvar 1905[1], Qaziantep, Osmanlı imperiyası – 23 oktyabr 1997) — əslən Osmanlı ermənilərindən olan ABŞ ixtiraçısı və sahibkarı. Məhsuldar və peşəkar ixtiraçı olan Simciyan əsasən optika və elektronika ilə bağlı 200-dən çox patentə sahibdir.[2] Onun ilk bankomatı ixtira etdiyi iddia edilir, lakin bu, mübahisəli mövzu olaraq qalır.[3][4][5][6][7]
Lüter Corc Simciyan | |
---|---|
Doğum tarixi | 28 yanvar 1905[1] |
Doğum yeri | |
Vəfat tarixi | 23 oktyabr 1997 (92 yaşında) |
Fəaliyyəti | ixtiraçı, mühəndis |
Vikianbarda əlaqəli mediafayllar |
O, həmçinin uçuş simulyatoru,[8] özünə fokuslanan kamera, teleprompter və bir çox başqa qurğular[3][9] kimi müxtəlif cihazların patentlərinə sahibdir.
1905-ci ildə Osmanlı imperiyasının Antəp şəhərində anadan olmuşdur. Simciyan 1915-ci ildə ailəsi ilə Hələbə qaçmış, burada 5 il yaşamışdır. O, gənc yaşlarında Beyruta, oradan Fransaya köçmüş, 1920-ci ilin sonunda isə Konnektikut ştatının Nyu-Heyven şəhərinə yerləşmişdir.[10]
Ömrünün sonlarına doğru Simciyan Florida ştatının Fort-Loderdeyl şəhərində kiçik bir tədqiqat laboratoriyası tikmiş və burada çalışmışdır. O, 23 oktyabr 1997-ci ildə vəfat etmişdir.[11]