Lütfəli Məlik-Aslanov

Lütfəli Süleyman bəy oğlu Məlik-Aslanov (az. Lütfəli Süleyman bəy oğlu Məlik-Aslanov; 21 yanvar 1913, Tuğ, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası21 oktyabr 1996, Bakı, Azərbaycan Respublikası) — texnika elmləri doktoru, professor, SSRİ-nin Fəxri neftçisi, Azərbaycan SSR əməkdar mühəndisi, Azərbaycan SSR neft sənayesi əlaçısı.

Lütfəli Məlik-Aslanov
Lütfəli Süleyman bəy oğlu Məlik-Aslanov
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (83 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan Respublikası
Həyat yoldaşı Valentina Yermakova
Uşaqları Ramiz, Leyla xanım
Atası Süleyman bəy
Anası Xurşud xanım
Elmi dərəcəsi
Elmi adı
Mükafatları

"Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni

SSRİ-nin fəxri neftçisi "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı

Lütfəli Məlik-Aslanov 21 yanvar 1913-cü ildə Tuğ kəndində anadan olub. Qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanovlar ailəsinəndir.
Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət xadimi, dayısı Xudadat bəy Məlik-Aslanovun ailəsində böyüyüb.
1938-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə Neft-mədən fakültəsini bitirmişdir.
Böyük Vətən Müharibəsi (1941–1945) iştirakçısı.

  • "Molotovneft" trestinin neft hasilatı şöbəsində usta, şöbə müdiri işləmişdir.
  • 1945-ci ildən — VNİİTB-nin neft-mədən şöbəsinin rəhbəri olmuşdur.
  • 1948-ci ildən AzETNÇİ-da işləməyə başlamış.
  • 1953-cü ildə isə "Neft hasilatının texnikası və texnologiyası" laboratoriyasının rəhbəri təyin edilmiş və eyni zamanda AzSİ-da pedaqoji fəaliyyət göstərmişdir.
  • 1956-cı ildə "Kollektorların neftverimi mexanizmində aralıq zonanın rolunun tədqiqi" mövzusunda namizədlik.
  • 1965-ci ildə isə "Layların neftveriminin artırılması məsələləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • Lütfəli Məlik-Aslanov neft yataqlarının işlənilməsi və layların neft veriminin artırılması sahəsində tanınmış alimdir.
  • Elmi tədqiqatlar sahəsi: neftin su ilə sıxışdırılması; qeyri-bircins və uzun müddət istismar edilən laylarda neftverimi məsələlərinin tədqiqi; layın hidravlik dağıdılması; quyuların istismarı və qazılması zamanı qum təzahürü və onunla mübarizə.
  • 200-dən artıq elmi məqalənin və 8 monoqrafiyanın müəllifidir. İxtiralara görə 25 müəlliflik şahədətnaməsi alıb.
  • SSRİ-nin Fəxri neftçisi[1], Azərbaycan SSR əməkdar mühəndisi[2], Azərbaycanın neft sənayesi əlaçısı kimi adlara layiq görülüb.
  • "Qırmızı Əmək Bayrağı"[3], "Şərəf Nişanı" [4] ordenləri ilə təltif olunub.
  • Həyat yoldaşı: Valentina Petrovna Yermakova (21.01.1913,Bakı – 17.12.1991,Bakı)
  • Övladları: Ramiz (14.03.1942,Bakı), Leyla xanım (10.09.1946,Bakı)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycan Respublikası Dövlət Tarix Arxivi. F.24. Op.1. D.142.
  • N.A. Cavanşir. Məlik-Aslanovların soyağacı haqqında, Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri. İkinci Buraxılış. Bakı, "Səda" 2001, səh. 30 ISBN 5-86871-204-4
  • E.E. İsmaylov. Məlik-Aslanovların şəcərəsinə aydınlıq gətirilməsi, Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, Üçüncü Buraxılış. Bakı, "Adiloğlu", 2001, səh. 168-169 ISBN 9952-25-001-0
  1. SSRİ-nin Fəxri neftçisi
  2. Azərbaycanın əməkdar mühəndisi
  3. "Qırmızı Əmək Bayrağı" ordeni
  4. "Şərəf Nişanı" ordeni